Gül parkında türk qəhvəsinin qoxusu – Bakıda Türk mətbəxinin “Adress”i - MÜSAHİBƏ
Azərbaycanda son illərin sürətlə inkişaf edən restoran biznesi koronavirus pandemiyasından sonra bir qədər zəifləsə də, yenidən dirçəlməyə başlayıb.
Ölkədə türk mətbəxinə tələbatın yüksək olması səbəbindən ölkədə çoxsaylı türk restoranları fəaliyyət göstərir. Bu sahədə güclü rəqabətə baxmayaraq, yüksək keyfiyyətli xidmət göstərən obyektlər daim seçilir və sabit müştəriyə malikdirlər. Onlardan biri şəhərin mərkəzində yerləşən "Adress" restoranıdır.
Restoranın yaradıcısı və meneceri Suat Koçər Azərbaycanda 24 ildir ki, yaşayır və ilk biznesini hələ 1997-ci ildə qurub. 2 il əvvəl isə "Adress" restoranını təsis edib.
- Türkiyə vətəndaşıyam, Azərbaycana 1997-ci ildən gəlmişəm, 24 ildir burada yaşayıram.
- Azərbaycanda biznesə necə başladınız?
- Biznesə yalnız restoran işi ilə başladım. Buna qədər bir neçə oxşar məkan açdıq. İlk restoranımız "Alaturka" adlanırdı. Orada canlı türk musiqisi ifa olunurdu. Sonra "Baltike" və balıq restoranı açdıq. Gördük ki, bu, bizdə alınır. İndi isə buradayıq – "Adress"də.
- "Adress" restoranı nə vaxtdan fəaliyyət göstərir?
- Artıq 2,5 ildir ki, fəaliyyətdəyik.
- Belə çıxır restoranın işə düşməsi pandemiyanın başlaması ilə bir vaxta düşüb, eləmi?
- Bəli, biz fəaliyyətə başlayandan 6 ay sonra pandemiya oldu.
- Pandemiya sizə necə təsir etdi və vəziyyətdən necə çıxdınız?
- Dəqiq rəqəm deyə bilmərəm, amma hər sahədə olduğu kimi bizim sahəmizdə də sıxıntılar yaşadıq. Belə bir vəziyyətdə personal heyəti ilə əlbir olub bütün problemləri keçə bildik. Çox şükür, bunu yavaş – yavaş aradan qaldırırıq.
- Suat bəy, Bakıda restoranların sayının çox olduğunu, üstəlik hər gün də artdığını bilirik. Müştəri nəyə görə məhz sizin restoranı seçməlidir. "Adress"i digər ünvanlardan fərqləndirən cəhət nədir?
- Müştərilərə buranı daha yaxçı ifadə dəcək ən gözəl sual, məncə elə budur. Doğrudan da, müştəri nə üçün "Adress"i seçməlidir? Bakıda və regionda türk restoranları çoxdur. Bizim məkanı fərqləndirən ən önəmli cəhətlərdən biri şəhərin mərkəzində yerləşməsidir. Şəhərin mərkəzində yerləşməsi ilə yanaşı, həm də sanki təbiətin içindəsən. Bura gəlməklə şəhərin səs-küyündən uzaqlaşırsan. Qapalı məkanımızın ətrafında bağçamız, gül parkımız var. Dünyanın hər yerində gətirilmiş güllər bura xüsusi gözəllik verir. İnsan özünü təbiətin ağuşunda hiss edir. Eyni zamanda, terrasımız, VİP məkanımız var.
- Burada yalnız türk mətbəxi təqdim edilir?
- Bəli, müştərilərə yalnız türk mətbəxini təqdim edirik. Türkiyədən gələn ustalarımız – şeflərimiz milli təamlarımızı elə hazırlayırlar ki, elə bil onu Türkiyədə hansısa restoranda yeyirsən. Çünki türk mətbəxini bütün orijinallığı ilə hazırlayırlar. Hər gün səhər yeməyi, türk qəhvəyi verilir. Təsəvvür edin, şəhərin mərkəzində belə gözəl bağçada bir fincan türk qəhvəsi içmək asan ələ düşmür. Qapalı məkanımızda həftənin 3, 5, 6 – cı günləri orkestr ilə canlı türk musiqiləri olur.
- Bəs restoranda hər hansı tədbirlər keçirmək mümkündürmü? Pandemiyaya görə böyük tədbirlərin keçirilməsinə icazə yoxdur və indi insanlar məhdud qonaq saylı toplantılara üstünlük verirlər...
- Əlbəttə, Azərbaycanda önəmli olan xüsusi günlərini, banketləri, ad günlərini və s. tədbirləri keçirmək üçün salonlarımız var. Maşın parkı, uşaqların əylənməsi üçün həm qapalı, həm açıq məkanımızda uşaq parkı var. Üstəlik bura 24 saat mühafizə olunur - çox önəmli məsələlərdir. Hazırda müştərilərin bizi seçməsi üçün üstünlüklərin bəziləri bunlardır.
- Suat bəy, restoranda neçə nəfər çalışır?
- Hazırda həm türkiyəli, həm azərbaycanlı olan 40 personal çalışır. Türkiyədən dəvət etdiyimiz ustalarla, şeflərlə birgə heyətin təqribən 80%-i azərbaycanlı, 20% isə digər ölkə vətəndaşlarıdır.
- "Adress"də onlayn, çatdırma xidməti varmı?
- Bəli, mövcuddur. Paket xidməti ilə çatdırılma edirik. Pandemiyada da bu xidmətdən müəyyən qədər istifadə etdik. Məsələn, yüngül yeməkləri təbii ki, istənilən ünvana çatdırdıq. Ancaq bizdə yeməklər daha geniş olduğu üçün (“fast food” olmadığı üçün) yerində yemək daha uyğundur.
Ünvan: Üzeyir Hacıbəyli 57 (Ferrari salonunun yanı)
Telefon: 050 210 08 37
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
9 saat əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
-
1 gün əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
1 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
1 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
Kriptovalyuta ticarəti kursu
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq





















