Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Səudiyyə Ərəbistanı ilə Foxconn arasında elektromobil danışıqları

iç səhifə xəbər başlığı altı (mobil)_31
Səudiyyə Ərəbistanı ilə Foxconn arasında elektromobil danışıqları
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Səudiyyə Ərəbistanı və Tayvanın Foxconn Technology şirkəti elektrikli avtomobil (elektromobil) istehsal edəcək yeni bir ortaq şirkət qurmaq üçün danışıqlar aparırlar.

Marja Bloomberg-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının 450 milyard dollarlıq investisiya fondu "Velocity" adında yeni bir şirkət quracaq və bu şirkət yeni ortaq şirkətin əksər hissəsinin sahibi olacaq. Şirkətin azlıq hissəsinə sahib olacaq "Foxconn", istehsal ediləcək elektrikli vasitələrin proqramını və elektronik arxitekturasını təmin edəcək.

Reklam_3_11

Mövzu ilə əlaqədar məlumata malik mənbələr, yeni qurulacaq ortaq şirkətin BMW-nin lisenziyaı ilə bir şassini istifadə edərək elektrikli vasitə istehsalını həyata keçirəcəyini qeyd ediblər. Tərəflərin müqaviləni il sonuna qədər imzalamaları gözlənilir. 

Səudiyyə Ərəbistanı, iqtisadiyyatını neft gəliri asılılığından xilas etmək üçün uzun illərdir yerli bir avtomobil istehsalı sənayesi qurmaq istəyirdi. Krallıq 2018-ci ildə elektrikli avtomobil  startapı "Lucid Motors"un əksəri hissəsini satın almış və şirkəti ölkə sərhədləri daxilində istehsal üçün istiqamətləndirmişdi.

Səudiyyə Ərəbistanının İnvestisiya Fondunun 2028-ci ilə qədər bir batareya zavodu da qurmağı planlaşdırır.

 

Velocity
02.12.2021 15:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18