Təl-Əviv yaşayış xərcinə görə Paris və Honq-Konqu geridə qoydu
"Economist Intelligence Unit"in (EIU) illik hesabatına görə, İsrailin paytaxtı Təl-Əviv hazırda dünyada yaşamaq üçün ən bahalı şəhərdir. EIU Tel-Əvivin reytinqdə, əsasən İsrail valyutası şekelin “İsrailin Covid-19 peyvəndinin uğurlu yayılması ilə dollara qarşı bahalaşaması” səbəbindən yüksəldiyini qeyd edib.Təl-Əviv yaşayış xərcinə görə Paris və Honq-Konqu geridə qoyub və 2021-ci ildə dünyanın yaşamaq üçün ən bahalı şəhəri olub.
Marja.az xəbər verir ki, bu barədə çərşənbə günü “Jerusalem Post” Britaniyanın “The Economist Group” şirkətinin analitikləri tərəfindən hazırlanan dünyanın 173 iri şəhərində yaşayış minimumu (Worldwide Cost of Living 2021) araşdırmasına istinadən məlumat yayıb.
İsrailin paytaxtı beşinci yerdən birinci yerə keçib.
Qəzet qeyd edir ki, 2020-ci ildə Təl-Əviv Paris, Honq-Konq, Osaka və Cenevrədən sonra ən bahalı beşinci şəhər olmuşdu.
Qəzet qeyd edir ki, Təl-Əvivin birinci yerə yüksəlməsinə İsrail şekelinin ABŞ dollarına nisbətdə məzənnəsinin dəyər qazanması, ərzaq və nəqliyyatın bahalaşması səbəb olub. Bu il şəhərdə əmtəə və xidmətlərin orta qiymətləri yerli valyutada 3,5% artıb. Qiymətlər ötən il cəmi 1,9% artmışdı.
Pandemiyanın başlanğıcından bəri İsrail valyutası dollara nisbətdə təxminən 10% bahalaşıb. Bir ay əvvəl Dollar/İsrail şekeli məzənnəsi ötən əsrin 90-cı illərinin ortalarından bəri ilk dəfə olaraq bir dollar üçün 3,04 şekelə düşüb. 2015-ci ildə 1 dollar 4 şekele bərabər idi.
İsrail dünyanın ən sürətli Covid-19 peyvənd proqramlarından birinə sahibdir. “Our World in Data”nın rəqəmlərinə görə, Bazar ertəsi günü İsrail əhalisinin 62%-i tam peyvənd olunub.
EIU-nun 173 şəhərdə 200-dən çox məhsul və xidmətin qiymətlərini araşdıran son araşdırmasında Təl-Əvivdə malların təxminən onda biri bahalaşıb.
EIU bildirib ki, tədarük zənciri problemləri, valyuta məzənnələrindəki dalğalanmalar və istehlak tələbindəki dəyişikliklər əmtəələrin və digər malların qiymətlərində artıma səbəb olub. Araşdırmaya görə, 2021-ci ildə benzinin litrinin qiyməti orta hesabla 21% artıb. Ən böyük bahalaşma nəqliyyatda baş verib.
EIU-dan Upasana Dutt bildirib ki, maaşlar artdıqca gələn il bir çox şəhərlərdə qiymətlərin daha da artacağı gözlənilir.
Reytinqdə ikinci yerdə Fransanın paytaxtı Paris, üçüncü yerdə isə Sinqapur qərarlaşıb.
2021-ci ildə Dünyada ən bahalı şəhərlər
1. Təl-Əviv, İsrail
2. Paris, Fransa
3. Sinqapur
4. Sürix, İsveçrə
5. Honkonq, Çin
6. Nyu York, ABŞ.
7. Cenevrə, İsveçrə
8. Kopenhagen, Danimarka
9. Los-Anceles, ABŞ.
10. Osaka, Yaponiya
Dünyanın ən ucuz şəhərləri isə Dəməşq (Suriya),Tripoli (Liviya), Daşkənd (Özbəkistan), Tunis (Tunis), Almatı (Qazaxıstan), Kəraçi (Pakistan), Əhmədabad (Hindistan), Əlcəzair (Əlcəzair), Buenos Ayres (Argentina) və Lusakadır (Zambiya)
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 30 d. əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub























