2022-ci il üçün əkin bəyanlarının qəbulu bu tarixdə başa çatacaq
Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərə müraciət edibKənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) növbəti dəfə fermerlərə müraciət edib.
Müraciətdə bildirilir ki, 30 dekabr tarixinə qədər payızlıq əkinlər bəyan olunmalıdır. Fermerlər bəyanlarını eagro.az saytı vasitəsi ilə sistemə online şəkildə bilavasitə özləri, həmçinin Sabirabad, Masallı, Şəki, Kürdəmir, Ağcəbədi, Bərdə, Qəbələ, İmişli, Şamaxı, Tovuz, Balakən, Gəncə Regional ASAN xidmət mərkəzlərinə, Xaçmaz və Yevlax KOB evlərinə, bütün Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (DAİM) gəlməklə edə bilərlər.
Fermer bəyan edərkən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) elektron kabinetin aktivləşdirilməsinə, əkilən və ya yerdə mövcud bitkinin doğru seçilməsinə, bəyan hektarının konturlarının doğru qeyd olunmasına, əkin yerinin elektron xəritədə düzgün qeyd edilməsinə və əkini yalnız öz istifadəsində olan ərazilərdə bəyan etməsinə diqqət etməlidir.
Vaxtında edilməyən və ya yanlış edilən bəyan nəticəsində fermerlərə əkin subsidiyası ödənilməyəcək. Bəyanların vaxtında edilməsi monitorinqlərin sürətli və operativ təşkilinə, əkin subsidiyasının 2022-ci ilin ilk aylarında ödənilməsinə imkan yaradacaq. Monitorinq zamanı aşkarlanmış yalnış bəyan fermer üçün subsidiyanın az ödənilməsi, yaxud 1 və ya 2 il ödənilməməsi halı ilə nəticələnə bilər. Ödəniş aparıldıqdan sonra (monitorinqə düşməzsə) yalnış bəyan müəyyən edilərsə İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsinə əsasən cərimə tətbiq olunacaq.
Qeyd edək ki, Aqrar Kredit və İnkşaf Agentliyi fermerlərə müraciət edərək bildirir ki, payızlıq əkinlər üçün bəyanların son müraciət tarixi 30 dekabrda başa çatır. Buna görə də fermerlərdən prosesi təcili şəkildə sürətləndirmələri və qısa vaxtda əkinlərini bəyan etmələri xahiş olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)










.jpg)


