Alüminium Qvineyadakı hərbi çevriliş ilə daha da bahalaşdı
Son dövrlər, təklifin artan tələbi qarşılamada çətinlik çəkdiyi alüminium bazarında qiymətlər bu dəfə Qvineyada yaşanan siyasi qarışıqlıq səbəbilə yüksəldi.Qvineyadakı siyasi qarışıqlıq, alüminium istehsalında istifadə edilən xam maddənin (boksit) tədarükünə dair narahatlıqların artırmasına səbəb olub. Marja xəbər verir ki, alüminium qiymətləri daha da yüksəlib.
Qvineyada ordunun bir bölməsi hakimiyyəti ələ keçirib və Konstitusiyanın qüvvəsini dayandırıb. Xüsusi qüvvələrin komandiri və qiyamçıların lideri polkovnik Mamadi Dumbu (Mamady Doumbouya), Bazar günü dövlət televiziyasından etdiyi çağırış ilə silahlı qüvvələrin özünü dəstəkləməsini istəyib. Afrika ölkəsi olan Qvineya, alüminium istehsalında istifadə edilən boksitin ən əhəmiyyətli istehsalçılarından biridir və bu ölkə Çinin boksit idxalının yarısından çoxunu qarşılayır.
Alüminium London bazarında, qlobal təşviq tədbirlərinin tələbi artırması ilə (xüsilə Çində) bu il 40% bahalşıb.
"United Co. Rusal"ın qurucusu Oleg Deripaska, "Bazar Qvineyadakı vəziyyət səbəbindən ciddi sarsıntıya uğraya bilər" deyib.
London Metal Birjasında (LME) alüminium qiymətləri 1,8% də artaraq tonu 2 min 775 dollara qədər qalxaraq 2011-ci ilin May ayından bəri ən yüksək səviyyəsini görüb. Çində müqavilələrin qiyməti 3,4% artaraq 2006-dan bu yana ən yüksək səviyyəsinə çatıb. Çinin alüminium ilə əlaqədar şirkətlərinin səhmləri də bahalaşıb. "Aluminum Corp. of China" şirkətinin səhmləri Honq Konq birjasında 10% dəyər qazanıb.
Məlumat üçün bildirək ki, Qvineyada hərbi çevriliş olub. Qiyamçıların lideri polkovnik Mamadi Dumbuya hökumətin buraxıldığını, Konstitusiyanın qüvvəsini dayandırdığını və ölkənin sərhədlərinin bağlanıldığını elan edib.
Qvineyada qiyamçıların lideri polkovnik Mamadi Dumbuya Prezident Alfa Kondenin həbs olunduğunu elan edib.
M. Dumbuya çıxışında bildirib ki, ölkədə sosial, siyasi və iqtisadi vəziyyət həddən artıq ağır olduğu üçün hərbçilər Qvineyanın gələcəyi üçün məsuliyyəti öz üzərlərinə götürmək barədə qərar qəbul ediblər.
Polkovnik ölkədə Konstitusiyanın qüvvəsini dayandırdığını, parlamentin buraxıldığını, sərhədlərin bağlanıldığını bəyan edib və hərbçiləri kazarmalarda qalmağa çağırıb. M. Dumbuya Milli Birlik və İnkişaf Komitəsinin lideri postunu tutduğunu bildirib. Qeyd edib ki, bu Komitənin məqsədi dövlətin qarşısında duran problemlərin həlli üçün ölkənin bütün vətəndaşlarını birləşdirməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)












.jpg)




