Audi-dən daha bir möhtəşəm təqdimat: Grandsphere
Super salon, “yoxa çıxan” sükan, dəbli agacdan “görünməz ekran”, 4 saniyəyə 100 km/saat...Alman avtomobil istehsalçısı Audi futurustik elektrikli avtomobil konsepsiyasında daha bir lüks sedan təqdim edib. Marja xəbər verir ki, Grandsphere adlanan model mükəmməl dizaynı və texnoloji interyeri ilə seçilir.
Avtomobilin ön və arxa tərəfində yerləşdirilən 2 ədəd 530 kilovattlıq elektrik mühərriki cəmi 4 saniyəyə 100 km/saat sürət yığmağa imkan verir. 120 kvatt/saatıq batareya isə tam dolduğu zaman avtomobil 750 km məsafə qət edə biləcək.
Cəmi 1 ay öncə təqdim olunan Skysphere modelində olduğu kimi, Grandsphere də tam və yarı-avtonom hərəkət imkanına malik olacaqdır. Adətən lüks sedanlarda arxa oturacaq daha rahat, geniş və həcmli olur. Audi isə bu stereotipi də dağıdır: Gransphere tam avtonom hərəkət etdikdə sükan və pedallar içəri doğru qatlanaraq, həm sürücü, həm də ön oturacaqdakı sərnişin üçün “biznes klass” rahatlığı təmin edəcək.
Ölçülərinə görə Audi A8 modelinə yaxın olan Grandsphere-də daha bir özəllik dəbli ağacdan dizayn edilmiş idarəetmə paneli-ekrandr. Avtonom rejimdə bu paneldə ümumiyyətlə heç nə görünmür, sürücü avtomobili özü idarə etmək istədikdə isə, xüsusi sensorlar vasitəsilə sürət və digər göstəricilər birbaşa ağac panelin üzərində əks olunur.
Avtomobilin əsas prototipi gələn həftə, 7-12 sentyabr tarixlərində keçiriləcək Münhen Beynəlxalq Avtomobil Sərgi-Şousunda nümayiş etdiriləcək.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























