Audi-dən tam fərqli yenilik: ölçüləri hərəkətdə dəyişən elektromobil
2-si 1-də: mükəmməl texnologiya və lüks kabrioletAlman avtomobil istehsalçısı Audi yeni futurustik elektrikli avtomobil konsepsiyası təqdim edib.
Marja xəbər verir ki, Skysphere adlanan və dünən Kaliforniyadakı 2021 Monterey Avtomobil Həftəsində təqdim olunan elektromobil mükəmməl dizaynı və texnoloji interyeri ilə seçilir.
96,5 km/saat sürəti cəmi 4 saniyəyə yığan və tam enerji yığdıqdan sonra 500 km-ə qədər gedə biləcək lüks avtomobil həm də bir sıra texnoloji yeniliklərə sahibdir. Bunlara hərəkət zamanı ölçüləri dəyişə bilən təkərlər, tam və yarı-avtonom hərəkət imkanı, 25 sm-ə qədər böyüyə bilən kürəyəbənzər kabinə və başqaları aiddir.
Skysphere Audi-nin elektrikli avtomobillərə keçmək yolunda ən mühüm dönüş nöqtələrindən biri olacaq. Şirkət 2026-cı ildən sonra daxili yanma mühərrikli avtomobil buraxmayacağını və 2033-cü ilə qədər istehsalı tam elektrikli modellərə keçirəcəyini bildirib.
Sentyabrın 1-də daha bir gələcəyin modeli - Grandsphere, növbəti ilin ortalarında isə Urbansphere təqdim olunacaq. Müştəri marağı və sifarişlərin həcmindən asılı olaraq, yeni modellərin buraxılış tarixi daha sonra dəqiqləşəcək.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























