Kartofa xəstəlik düşüb, fermerlər məhsulunu dəyər-dəyməzinə satır
Tovuz rayonunda əkilmiş kartofa nadir xəstəlik düşüb.
Bu barədə yerli fermerlər məlumat verib.
Onların sözlərinə görə, bu il bol məhsul yığsalar da, onun 30-40 %-i xəstəliyə görə xarab olub. Əvvəlki mövsümlərdə müşahidə edilməmiş bu xəstəlik kartofun bir hissəsini qaraldaraq çürüdür və tullantıya çevirir. Odur ki, sahibkarlar başa çatmaqda olan kartof mövsümünü ziyanla başa vurublar.
Fermer Mehdiyev Nizami deyir ki, icarəyə götürdüyü torpaqda kartof əkib, lakin yığıma hazır olan məhsulun xeyli hissəsinə xəstəlik düşüb: "Demək olar ki, bu ərazilərdə kartof əkənlərin 80 %-i bu problemlə rastlaşıb. Kartofda olan bu xəstəliyin səbəbini dəqiq bilmirik. Heç bu barədə bizə mütəxəssislər də dəqiq məlumat verə bilməyirlər. Tutaq ki, bildik xəstəlik haradan və necə düşüb?! Bunun nə faydası var. Hazırda kartofu alan da yoxdur. Qiymət 30 qəpiyə düşüb, lakin kimsə yaxın gəlmir. Belə kartofu anbarda saxlamaq da mümkün deyil, qaldıqca daha da xarab olur və təmiz məhsulu da korlayır".
Sahibkar Vilayət Cəlilov isə deyir ki, xəstəliyin səbəbi kartof sahələrinə ziyanverici həşaratlara qarşı verilən dərmanların keyfiyyətsiz olmasıdır: "Xəstəliyə görə kkartofu vaxtından əvvəl yığmağa məcbur olduq. Mənə elə gəlir ki, bu xəstəlik dərmandandır. Bu il kartofa "danadişi" əleyhinə dərman vurduq. Həmin dərmanın keyfiyyətsiz olmasına görə kartofa belə bir xəstəlik düşüb. Kartof qaldıqca xarab olur, saxlaya bilmirik, məcburi salamat qalan məhsulu dəyərindən aşağı qiymətə satırıq. Bu sahədə 30 nəfər çalışır, onların əmək haqqı ödənilməlidir. Baxıram ki, onların pulunu da ödədikdən sonra mövsümü xeyli ziyanla başa vuracağıq".
Yerli sakin Xəyal Hüseynov isə bildirib ki, xarab olmuş kartofu mal-qaraya yem olaraq verilməsi məqsədi ilə 5-6 qəpiyə satsalar da, alan tapılmır: "80 sot torpağım var, hamısına kartof əkmişəm. Məhsul boldur, lakin gördüyünüz kimi xəstəlik düşüb. Xəstəliyin dərmandan düşdüyünü ehtimal edirik. Demək olar ki, məhsulun yarı hissəsinə xəstəlik düşüb. Qaldıqca daha da xarab olur deyə anbarlarada da saxlaya bilmirik, məcburi satırıq. Satış qiyməti də 25-30 qəpikdir, bu da çəkilən xərci belə çıxarmır. Məncə dərman keyfiyyətsiz olub ki, kartofa xəstəlik düşüb".
Xəstəlik Tovuzun aran torpaqları olan Düz Qırıqlı, Quşçu, Dönük Qırıqlı kəndlərində və Qovlar şəhəri ərazisində əkilmiş kartofların əksər hissəsinə düşüb. Dağ kəndlərində isə kartof yığımına başlanılmayıb.
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
- 21 d. əvvəl
-
24 d. əvvəl
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşüb
- 33 d. əvvəl
- 40 d. əvvəl
-
1 saat əvvəl
İqtisadiyyat Nazirliyində “Microsoft” şirkətilə əməkdaşlıq imkanları müzakirə olunub
-
1 saat əvvəl
"Nazirliklər və digər dövlət qurumları tətbiqlərini (aplikasiyalar) ləğv etməlidirlər"
-
1 saat əvvəl
İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - TAM VERSİYA
-
1 saat əvvəl
BP "Şəfəq" günəş enerjisi layihəsində 10 % iştirak payını satıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Kinobox" və "Mahnı TV"yə lisenziya verilib
Azərbaycanda illik inflyasiya sürətlənib
İqtisadiyyat Nazirliyində “Microsoft” şirkətilə əməkdaşlıq imkanları müzakirə olunub
"Nazirliklər və digər dövlət qurumları tətbiqlərini (aplikasiyalar) ləğv etməlidirlər"
Ən çox oxunanlar
İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - TAM VERSİYA
“Zira Olives” Sumqayıtda mağaza açır
"FERRUM Kapital”ın 4 milyon manat borclanacağı tarix açıqlanıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"PAŞA Real Estate" qlobal aktivlərini "One&Only" Hudson Valley, Nyu-York ilə genişləndirir
Yeni kart təqdim edildi - 15 min manatadək komissiyasız nağdlaşdırma, kart qalığına 8% gəlir
Azərbaycan iqtisadiyyatı 1,7 faiz artıb
























