Düşən dolu ilə meyvə-tərəvəz qıtlığı yarana bilər
Azərbaycanda ötən gün bəzi ərazilərə düşən dolu bir sıra meyvələrin və tərəvəzlərin məhsuldarlığına mənfi təsir göstərə bilər.
Bunu Kənd Təsərrüfatı Nazirliyi Elmi Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun elmi işlər üzrə direktor müavini Vahid Əliyev deyib.
Dolunun düşməsinin ümumiyyətlə kənd təsərrüfatı bitkiləri üçün ziyanlı olduğunu deyən V.Əliyevin sözlərinə görə, dolu nəticəsində tərəvəzlərin şitilləri qırıla, əkin sahələri, xüsusilə taxıl sahələrinin torpağı yata bilər. Hazırkı dövrdə dolu çəyirdəkli meyvələrin də məhsuldarlığının azalmasına səbəb ola bilər.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov Trend-ə bildirib ki, ümumilikdə ölkə ərazisində dolu yağma halları, əsasən, may-iyun və sentyabrın sonu - oktyabr aylarında müşahidə edilir.
M.Həsənov bildirib ki, Azərbaycanda ən çox dolu yağma halları dağətəyi ərazilərdə müşahidə edilir. Ölkə üzrə ən çox dolu yağma halları isə Naxçıvan Muxtar Respublikasının Ordubad və Culfa rayonlarının ərazilərində baş verir. Kiçik Qafqazda Goranboy, Daşkəsən, Qazax, Tovuz, Ağstafa, Şəmkir rayonları, Böyük Qafqazda Şamaxı, İsmayıllı, Şəki, Zaqatala rayonları da çox dolu yağan ərazilərdəndir.
M.Həsənov qeyd edib ki, Azərbaycanda 1881-ci ildən (Azərbaycanda ilk dəfə olaraq, Bakıda ilk meteoroloji məlumatların toplanılmasına başlanılıb) 1960-cı ilədək olan dövrlə müqayisədə - 1961-ci ildən indiyədək olan dövr ərzində ölkədə dolu yağma hallarının intensivliyi 10 dəfəyədək artıb.
M.Həsənov hesab edir ki, Azərbaycanda dolu yağma intensivliyi artdığından və dolunun yağması kənd təsərrüfatı bitkilərinə, evlərin damına, infrastruktura çox ziyan vurduğundan ölkədə sovet dövründə doluya qarşı mübarizə üçün tətbiq edilən təcrübənin - dolu buludlarının atəşlə vurulması təcrübəsindən yenidən istifadə edilməsi daha effektiv olar.
Onun sözlərinə görə, sovet dövründə dolu buludları əmələ gəldikdə atmosferin dolu yaranan hündürlüklərinə "Qrant" adlı raketlərdən atəş açılırdı. Bu zaman orada müəyyən temperatur yüksəldiyindən dolular suya çevrilirdi və nəticədə həmin buludlardan dolu deyil, yağış yağırdı. Dolu buludlarının atəşlə vurulması nəticəsində dolu düşməsinin qarşısı 60-70 faiz alınırdı.
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
20 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 20 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
23 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?




















.jpg)



