"Muğan Bank" maliyyə vəziyyətini açıqladı - MƏNFƏƏT İLƏ İŞLƏYİB
"Muğan Bank" ASC 2021-ci ilin 1-ci yarısını (yanvar - iyun dövrünü) 556 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövrünü 1 milyon 881 min manat xalis zərər ilə bağlamışdı.
GƏLİRLƏRİ XƏRCLƏRİNİ ÜSTƏLƏYİB
Marja Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-iyun dövründə "Muğan Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 28 milyon 489 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 27 milyon 722 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 767 min manat təşkil edib. Bank mümkün zərərlər üçün yaradılan ehtiyatlara 212 min manat ayırdığından 2021-ci ilin ilk 6 ayını 556 min manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin yanvar-iyun dövründə "Muğan Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 23 milyon 38 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 23 milyon 786 min manat təşkil etmiş, xərclər gəlirləri üstələdiyindən 748 min manat əməliyyat zərəri yaranmışdı. Eyni zamanda, ehtiyat fonduna 1 milyon 132 min manat ayırma edildiyindən zərər 1 milyon 881 min manata yüksəlmişdi.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
2020-ci ilin sonu ilə müqayisədə 2021-ci ilin 1-ci yarısı ərzində "Muğan Bank"ın cəmi aktivləri 22 miylon 491 min manat və ya 3,8% artaraq 613 milyon 397 min manata çatıb. Müştərilərə verilmiş kreditlər isə 35 milyon 71 min manat və ya 10,4% artaraq 371 milyon 17 min manata yüksəlib. Bank biznes kreditləri portfelini 39 milyon 234 min manat və ya 19,3% artararaq 242 milyon 436 min manata çatdırıb.
İlk 6 ayda "Mugan Bank"da fiziki şəxslərin depozitləri (əhalinin əmanətləri) 33 milyon 918 min manat və ya 16,2% artaraq 243 miylon 217 min manata qalxıb.
30 İyun 2021-ci il tarixində "Muğan Bank" ASC 101 milyon 334 min manat məcmu kapitala malik olub, bu da minimal tələbdən 2 dəfə çoxdur. "Muğan Bank" 2020-ci ilin yekununda 91 milyon 697 min manat məcmu kapitala malik idi.
Bank normalara artıqlaması ilə cavab verir. Belə ki, “Muğan Bank”da 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı 14,94% (norma minimum 5%), məcmu kapitalın adekvatlıq əmsalı 18,79% (minimal 10% olmalıdır), Leverec əmsalı 12,64% (minimal 4% olmalıdır) təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 9 d. əvvəl
-
-
17 d. əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
29 d. əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
36 d. əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
45 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
2 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın







.jpg)







.jpg)









