Təhlükəsizlik Şurası, Qərbi, Rusiyada iqtisadi böhrana təhrik etməyə çalışmaqda günahlandırdı
Qərb ölkələri tərəfindən Rusiyada milli təhlükəsizliyə təhlükə yaradan iqtisadi böhrana səbəb olan cəhdlər var.
Marja TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Rusiya Federasiyası Təhlükəsizlik Şurası Katibinin köməkçisi Aleksander Abelin məlumat verib.
Onun sözlərinə görə, bu cəhdlərin qarşısını almağa yönəlmiş tədbirlərin hazırlanması "xüsusi diqqət tələb edir".
Abelin, iqtisadi suverenliyin gücləndirilməsinə və Rusiyanın milli maraqlarına zərər verə biləcək təhdidlərə qarşı iqtisadi təhlükəsizliyin təmin edilməsinin ölkənin ən vacib strateji milli prioriteti olduğunu vurğulayıb.
Eyni zamanda, əlavə edib ki, son illərdə Rusiya iqtisadiyyatı qlobal qeyri-sabitlik və sanksiyaların tətbiqi şəraitində potensialını qorumaq və gücləndirmək qabiliyyətini təsdiqləyib.
Rusiya iqtisadiyyatı yüksək texnoloji məhsulların idxalından və xammallın - ilk növbədə karbohidrogenlərin dünya bazarlarındakı qiymətlərindən kritik dərəcədə asılıdır; eyni zamanda dünyada yüksək texnoloji inkişaf templəri və artan rəqabət "iqtisadi təhlükəsizlik və iqtisadi suverenliyin itirilməsi təhdidlərinə çevrilə bilən bir çətinlik yaradır.
Təhlükəsizlik Şurası tərəfindən hazırlanmış və Prezident Vladimir Putinin fərmanı ilə təsdiqlənmiş yenilənmiş milli təhlükəsizlik strategiyasına görə, səlahiyyətlilər ölkənin üzləşdiyi iqtisadi problemləri "daxili potensiala güvənərək" və ortaya çıxan "müstəqil həll yolu ilə" həll etmək niyyətindədirlər.
Sənədin yeni variantında "xarici investisiyaların cəlb edilməsi” maddəsi çıxarılıb. Eyni zamanda, strateji sektorlarda xarici investorlar üzərində "nəzarəti gücləndirmək", "dolların istifadəsini azaltmaq" və "texnoloji, avadanlıq və komponentlərin idxalından kritik asılılığı aradan qaldırmaq" zərurəti vurğulanır.
Rusiyanın, qlobal rəqəmsal iqtisadiyyatın sürətli inkişafı şəraitində müasir çağırışlara cavab verən texnoloji inkişaflara və rəqabətçi üstünlüklərə sahib olması vacibdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
6 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi

























