Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan və Türkmənistan birbaşa aviareyslərin bərpasını nəzərdən keçirir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və Türkmənistan birbaşa aviareyslərin bərpasını nəzərdən keçirir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan və Türkmənistan pandemiya səbəbindən dayandırılan hava nəqliyyatı ilə sərnişindaşımaların ikitərəfli bərpa olunması imkanlarını nəzərdən keçirir.

Bunu "Caspian Energy Club"”ın təşkilatçılığı ilə keçirilən Azərbaycan-Türkmənistan beynəlxalq "Online B2B Forum" çərçivəsində çıxış edən Türkmənistanın Azərbaycandakı səfirliyinin birinci katibi Ovezgeldi Cumanazarov deyib.

Onun sözlərinə görə, söhbət Türkmənistan Prezidentinin ötən il Azərbaycana səfəri zamanı iki ölkə arasında hava əlaqəsinin açılmasına dair imzalanan sənəddən gedir.

"Sənədə əsasən, həm AZAL, həm də "Türkmənistan Hava Yolları" həftədə iki uçuş həyata keçirəcək. Hazırda məsələ nəzərdən keçirilir, lakin son qərar ölkə hökumətlərindən asılıdır", - deyə O. Cumanazarov qeyd edib.

Yükdaşımalara gəldikdə, səfirliyin rəsmisi qeyd edib ki, ölkələr arasında hazırda həm ikitərəfli, həm də tranzit olaraq logistik əlaqələr mövcuddur və bu sahədə heç bir problem müşahidə olunmur.

Marja.az Telegramda: https://t.me/marjaaz

APA

22.06.2021 12:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18