"Dərslərini yaxşı oxuyan tələbəyə faiz dərəcələrində güzəşt ediləcək"
"Təhsil krediti verilən zaman giriş balı nəzərə alınacaq".
Bunu keçirdiyi brifinqdə təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, ilkin mərhələdə tələbənin ali məktəbə qəbul olunan zaman yüksək bal yığması və sonra müvəffəqiyyəti (yaxşı oxuyaraq yüksək qiymət alması) nəzərə alınacaq:
"Yüksək nəticə göstərilməsi ilk şərt olacaq. Dərslərini yaxşı oxuyan tələbəyə faiz dərəcələrində və kreditin geri qaytarılmasında güzəşt ediləcək. Naliyyətləri yüksək olan tələbələrə imkanı birinci yaradacağıq".
Nazir qeyd edib ki, tələbə krediti təhsil haqqının maksimum 75-80%- qədər ayrılacaqdır.
Nazir əlavə edib ki, növbəti tədris ilindən ali təhsil alan tələbələrin böyük hissəsinin Təhsil Tələbə Kredit Fondu tərəfindən maliyyələşməsini təmin etmək mümkün olacaq.
Təhsil Tələbə Kredit Fondundan həm dövlət, həm də özəl təhsil müəssisəsində təhsil alan tələbə istifadə edə bilər. Əsas məsələ ali təhsil müəssisəsinin lisenziyasının olmasıdır.
Tələbə öz təhsilini bitirdikdən sonra işləyərək aldığı krediti 20 il ərzində hissə-hissə geri qaytaracaqdır.
Qeyd edək ki, dünən Prezident İlham Əliyevin Fərmanı ilə Təhsil Tələbə Krediti Fondu yaradılır. Fond təhsil tələbə kreditlərinin verilməsini təşkil edəcək. Fond Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq təhsil tələbə krediti üçün müraciət etmiş tələbələrə kredit ayrılması barədə qərar qəbul edəcək. Təhsil tələbə krediti müvəkkil banklar vasitəsilə həyata keçiriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


















.jpg)





