“PAŞA Həyat”da iki dəfə artım
Aktivlərinin ümumi həcminə görə Azərbaycanın ən iri sığorta şirkəti olan “PAŞA Həyat” 2017-cı ilin yanvar-aprel ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən “Marja”ya verilən məlumata görə, operativ məlumatlar əsasında hazırlanan hesabatın nəticələrinə əsasən, cari ilin ilk 4 ayında “PAŞA Həyat” tərəfindən ümumilikdə 52,408 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə 26,026 mln.manat və ya təxminən iki dəfə çoxdur.
Hesabat dövründə baş vermiş müxtəlif sığorta hadisələrinə görə “PAŞA Həyat” tərəfindən ödənilən sığorta ödənişlərinin həcmi isə 2,778 mln. manat və ya 37% artaraq 10,109 mln. manata çatıb.
Сari ilin aprel ayının 1-nə nizamnamə kapitlanın həcmi 40,250 mln. manat təşkil edən “PAŞA Həyat” şirkəti 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Şirkət müştərilərə sərfəli şərtlərlə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “həyatın müddətli sığortası”, “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “yığım tərkibli yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta”, “Ailəmin PAŞA Güvənliyi” adlı fərdi könüllü həyat sığortası məhsulları təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
39 d. əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
-
44 d. əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
2 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
3 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
3 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb





















