“İMANNA” şirkəti yeni sitrus bağı salır
Astara rayonunun Ərçivan qəsəbəsində “İMANNA” MMC tərəfindən yeni sitrus bağı salınır.
Ümumi sahəsi 40 hektar olan sitrus meyvə bağının salınmasına 2018-ci ildən başlanılıb. Hazırda türkiyəli mütəxəssislərin iştirakı ilə təsərrüfatda 10 hektar sahədə “Miaqava” sortu yapon naringi tinglərin ən yeni üsullarla əkini, müasir suvarma sistemlərinin qurulması davam edir.
Bundan başqa, “İMANNA” MMC-nin rayonda sutkalıq gücü 40 ton olan çəltik dəyirmanı, 34 hektar çəltik sahəsi var.
Rayon rəhbərliyi təsərrüfatda görülən işlərlə yerində tanış olub, sahibkarın problemləri ilə maraqlanıb tövsiyələrini verib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tapşırığına uyğun olaraq Dövlət Proqramının icrası ilə əlaqədar Astara rayonu üçün xarakterik olan kənd təsərrüfatı sahələrinin, əsasən subtropik və sitrus meyvə bağlarının sahəsi son illər xeyli genişləndirilib, yeni bağlar salınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
39 d. əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 46 d. əvvəl
- 48 d. əvvəl
-
57 d. əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
1 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)














.jpg)
