ABŞ hökuməti iqtisadiyyata pulu “xəzəl” kimi səpələməyə davam etmək niyyətindədir
Baydenin yeni planı - 2 trilyon dollar!
Ötən gün Pittsburqda çıxış edən ABŞ-ın yeni prezidenti Co Bayden ölkə iqtisadiyyatının əvvəlki mövqeyinə qaytarılması və pandemiyadan ziyan çəkən amerikalılar üçün yeni iş yerlərinin yaradılması ilə bağlı planlarını açıqlayıb.
Marja xəbər verir ki, prezidentin “Amerika İş Planı” adlandırdığı 2 trilyon dollarlıq proqram yeni yollar kimi infrastruktur layihələrinin icrasını və nəticədə çoxsaylı iş yerlərinin açılmasını, iqlim dəyişikliklərinə adaptasiya tədbirlərini və sosial müdafiə xərclərinin artırılmasını hədəfləyir.
“Bu, Amerika üçün tamamilə universal və görünməmiş bir investisiya proqramıdır, uzun illər müşahidə etdiyimiz və həyata keçirdiyimiz ştatlararası magistral avtomobil yollarının qurulması və bir neçə 10 il öncə kosmik sənaye yarışına qoşulduğumuz dövrlərdən də tamamilə fərqlidir” - Bayden bildirib. ABŞ prezidenti həmçinin Amazon.com Inc kimi federal büdcəyə çox kiçik, yaxud heç vergi ödəməyən şirkətləri də hədələyib və onlar üçün yeni vergilərin qapıda olduğunu söyləyib.
Ağ Evin dərc etdiyi 25 səhifəlik məlumat broşurunda milli təhlükəsizlik məsələləri və Çinlə qlobal rəqabət, ABŞ-da bütün ölkəni əhatə edən teleyayım xidmətlərinin təşkili üçün 100 milyard dolların xərclənməsi, mənfəət vergisinin hazırkı 21 faizdən 28 faizə qədər artırılması, bir çox şirkətlərə gəlirlərini asanlıqla ölkədən kənara çıxarmağa imkan verən qanunvericilikdəki boşluqların aradan qaldırılması, layihələr üzrə xərclərin 8 ilə bölünməsi və ümumilikdə 15 il ərzində mərhələlərlə ödənməsi kimi hədəflər göstərilib.
Planda infrastrukturun, o cümlədən körpülər, avtomobil magistralları və limanların yenidən qurulması üçün 621 milyard dollar, elektromobil şəbəkəsinin inkişafı və 2030-cu ilə qədər bütün ölkədə elektriklə doldurma məntəqələri şəbəkəsinin qurulması üçün 174 milyard dollar, yaşlı amerikalılara və əlilliyi olan şəxslərə qayğı üçün 400 milyard dollar, ekoloji baxımdna təmiz və sıfır karbonlu evlərin inşası üçün 213 milyard dollar, milli elektrik şəbəkəsinin yenidən qurulması, bütün ölkədə teleyayım xidmətləri və içməli su təchizatının yaxşılaşdırılması üçün yüz milyardlarla dollar vəsaitin ayrılması nəzərdə tutulub.
Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi qanun layihəsinin ABŞ-ın müstəqillik günü və milli bayramı olan 4 iyuldan öncə qəbul ediləcəyinə ümidvar olduğunu bildirib. Baydenin əzəli rəqibi Respublikaçılar isə ümumilikdə müsbət məqamları özündə ehtiva etsə də, planın vergi yükünü artırmaq hədəfinin biznes üçün həddən artıq təhlükəli və qəbuledilməz olduğunu vurğulayırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
32 d. əvvəl
“PAŞA Bank” nüfuzlu “İNMerge” innovasiya sammitinin platin sponsorudur
-
- 35 d. əvvəl
- 38 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AFB Bank tibb işçiləri üçün nağd pul krediti üzrə xüsusi kampaniya təqdim edir
-
1 saat əvvəl
Unicapital rəhbərliyi AmCham-ın təşkil etdiyi forumda çıxış etdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Oktyabrın 1-dən muzdlu işlə bağlı vahid bəyannamə şəxsi kabinetdən təqdim olunacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Sentyabrın 27-də gözlənilən hava şəraiti

Bank əmlakın qiymətləndirməsi üzrə tender elan edib

Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır

Metropoliten sədrinə 4-cü müşavir təyin edilib

BMW ABŞ-da 196 minə yaxın avtomobili geri çağıracaq
Ən çox oxunanlar

Qanunsuz balıq ovu faktları aşkarlanıb - 9198 manat zərər

Milli Depozit Mərkəzi ilə Clearstream arasında əməkdaşlıq imkanları müzakirə edilib

“PAŞA Holding”in iştiraki ilə “Kibertəhlükəsizlikdə qadınlar: Karyera və təhsil” tədbiri keçirilib

Siniflər üzrə sığorta haqları və sığorta ödənişləri - SİYAHI

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Sığorta şirkətləri 8 ayda 1 milyard manatdan çox haqq yığıblar

Daha 2 şirkət Xankəndidə cari təmir işləri üzrə sifariş aldı - 1,6 MİLYON MANATLIQ MÜQAVİLƏLƏR
