Fed sədrlərindən faiz açıqlamaları
ABŞ Mərkəzi Bankı Fed-in Atlanta şöbəsinin sədri Ceyms Bullard (James Bullard), faizlərin yəqin ki, uzun bir müddət daha aşağı qalacağını deyib.
"Marja" xəbər verir ki, Bullard, faizlərin yəqin ki, uzun bir müddət daha aşağı qalacağını, çünki iqtisadiyyatın aşağı məhsuldarlıq, aşağı işçi qüvvəsi və investorların təhlükəsiz aktivlər istəmələri səbəbiylə çətinlik çəkdiyini qeyd edib.
Bullard, ABŞ iqtisadiyyatının aşağı iqtisadi artım vəziyyətində göründüyünü deyib və "Siyasət faizi, bu gün haradasa iqtisadi artım ilə uyğun bir səviyyədədir" şəklində danışıb.
Fed/Mester: Mərhələli faiz artımı davam etməlidir
Klivlend Fed sədri Loretta Mester isə Mərkəzi Bankın iqtisadiyyatın həddən artıq qızmasının qarşısını almaq üçün mərhələli faiz artımına davam etməsi lazım olduğunu deyib.
Mester Çikaqoda çıxışında məşğulluq hədəfinin qarşılandığını, bəzi zəif göstəricilərə baxmayaraq inflyasiyanın hədəfə yanaşdığını bildirərək faiz artırımının davam etməsi lazım olduğunu söyləyib.
Mesterin gələn il FOMC-da səsvermə hüququ olacaq.
Mester ilk rübdə iqtisadiyyatdakı zəifliyin orta müddətli mənzərəyə dair gözləntisini dəyişmədiyini bildirərək "İlin geri qalanında istehlakçı xərclərində toparlanma gözləyirəm" ifadəsini istifadə edib. Mester 4.5 trilyon dollarlıq balansı il sonunda kiçiltməyə başlamaq lazım olduğu ritorikanı da təkrarlayıb.
Fed rəsmiləri Mart ayında faiz artırmış, ötən həftədəki iclasda isə faizi dəyişdirməmiş ,ancaq bu il 2 dəfə faiz artımı olacağına işarə etmişdi. Çox investor növbəti faiz artımının İyun ayında baş verəcəyini gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)









.jpg)






