Türk Lirəsi Dollar qarşısında dəyərdən düşməkdə davam edir
Türk Lirəsi Dollar qarşısında dəyərdən düşməkdə davam edir. Marja xəbər verir ki, bu həftəyə 7,01 səviyyəsindən başlayan Dollar/TL məzənnəsində artım 3%-ə çatıb.
Qlobal bazarlarda Fed sədri Jerome Powell-in şərhləri, peyvənd xəbərlərinin ardından dollar bir çox pul vahidi qarşısında geriləmə qeyd edərkən, Türk Lirəsinin dollar qarşısında dəyərdən düşməsi bu gün də davam edir.
Dollar/TL məzənnəsi çərşənbə günü 7,24-ün üzərini test etmişdi.
Bu gün Dollar 7,20 türk lirəsi səviyyəsini keçib və Bakı vaxtı ilə saat 11:00-da 7.2017 olub. Bu gün Türk Lirəsi Dollar qarşısında 0,5% geriləyib.
Ana müxalifət partiyası tərəfindən Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatlarının tükəndiyinin iddia edilməsi Türk Lirəsinin ucuzlaşmasına səbəb olur.
Türkiyə bazarı gələn həftə açıqlanacaq makro məlumatlara fokuslanıb. Gələn həftə Türkiyədə iqtisadi artım və inflyasiya məlumatları açıqlanacaqdır. İqtisadçılar epidemiyanın iqtisadiyyat üzərində mənfi təsirlərinin ağır bir şəkildə hiss edildiyi və bir çox ölkədə geriləmənin qeyd edildiyi 2020-də Türkiyə iqtisadiyyatının 2%-dən çox artdığını proqnozlaşdırırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)










.jpg)







