“Azərpambıq"ın xalis mənfəəti kəskin artıb
"Azərbaycan Sənaye Korporasiyası" ASC-yə məxsus “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 2019-cu ili 3,568 milyon manat xalis mənfəətlə başa vurub.
Şirkətin maliyyə hesabatına görə bu, 2018-ci illə müqayisədə təxminən 209 dəfə çoxdur.
2019-cu ildə “Azərpambığ”ın satış hesabına əsas əməliyyat gəlirləri 60,229 milyon manat (2018-ci ilə nisbətən 647,6 dəfə çox), satışının maya dəyəri 48,76 milyon manat (886,5 dəfə çox), kommersiya xərcləri 559 min manat (2018-ci ildə olmayıb), inzibati xərcləri 5,657 milyon manat (628,6 dəfə çox), sair əməliyyat xərcləri 395 min manat (51,2 dəfə çox), maliyyə mənfəəti 277 min manat (2018-ci ildə olmayıb), fövqəladə zərəri 540 min manat (2018-ci ildə olmayıb), mənfəət vergisi ödəmələri isə 1,027 milyon manat (256,8 dəfə çox) təşkil edib.
2020-ci il yanvarın 1-nə “Azərpambığ”ın aktivləri 168,171 milyon manat olub ki, bu da illik müqayisədə 3,9 dəfə çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 26,6% azalaraq 31,704 milyon manata düşüb, balans kapitalı isə kəskin artaraq 17 min manatdan 136,468 milyon manata, o cümlədən nizamnamə kapitalı kəskin artaraq 100 manatdan 132,882 milyon manata çatıb.
Xatırladaq ki, “Azərpambıq Aqrar Sənaye Kompleksi” 2008-ci ildə yaradılıb. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Onun tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar), 6 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy), Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir.
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)
















