Əmanətçilərə kompensasiya ödənişi 616 milyon manatı keçib
Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 24 min 178 əmanətçiyə 616 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.
Marja Əmanətlərin Sığortalanması Fonduna istinadla xəbər verir ki, bu il iyunun 16-dan dekabrın 30-dək ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən 234,94 milyon manat kompensasiya ödənilib. "AG Bank" üzrə 4592 əmanətçiyə 109,39 milyon manat, "NBC Bank" üzrə isə 4152 əmanətçiyə 125,54 milyon manatdan çox kompensasiya ödənilib. İyunun 1-dən dekabrın 30-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 381,18 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib. Hesabat dövründə "Amrah Bank" üzrə 5742 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 139,41 milyon manat, "Ata Bank" üzrə 9692 əmanətçiyə isə 241,727 milyon manat təşkil edib.
Fond tərəfindən son bağlanmış banklar üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi artıq yekunlaşmaq üzrədir. Tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşdırılacaq. Kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmədiklərinə görə sığorta hadisəsi baş vermiş “Ata Bank” ASC, “Amrah Bank” ASC, “NBC Bank”ASC və “AG Bank”ASC-nin lisenziyaları Mərkəzi Bank tərəfindən ləğv edilib, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 28 aprel və 14 may tarixli qərarlarına əsasən, sözügedən banklar müflis elan olunub və Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilib. Müflis olunmuş banklar üzrə öhdəliklərin reyestri fonda təqdim olunub və ADIF tərəfindən qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi prosesinə qısa zaman ərzində başlanılıb. Fondun Himayəçilik Şurasının qərarına əsasən, qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi üçün agent bank qismində “Ata Bank” ASC və “Amrah Bank” ASC üzrə “Kapital Bank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC üzrə isə “Azərbaycan Beynəlxalq Bankı” ASC seçilib. Əmanətlərin Sığortalanması Fondu iyunun 1-dən “Ata Bank” ASC və “Amrah Bank” ASC-də, iyunun 16-dan isə “AG Bank” ASC və “NBC Bank” ASC-də əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlayıb.
Azərbaycan Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fondunun birgə fəaliyyəti əsasında fondun hazırlanan yeni strateji modelinin bu ilin sonunadək formalaşdırılması nəzərdə tutulub. Qeyd edək ki, yeni strateji modelin hazırlanması ölkə iqtisadiyyatına, bank sektoruna və əmanətçilərə öz yüksək töhfəsini verməsi gözlənilir. Bağlanmış banklarda problemlərlə üzləşmiş əmanətçilərin nəzərinə çatdırılır ki, sözügedən məsələ ilə əlaqədar vəsaitlərin qanunvericiliyə müvafiq qaydada və qısa müddətdə qaytarılmasının təmin edilməsi ilə bağlı Əmanətlərin Sığortalanması Fondu tərəfindən bütün lazımi tədbirlər görülür.
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 23 d. əvvəl
-
-
2 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
2 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
-
2 saat əvvəl
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
-
2 saat əvvəl
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
Ən çox oxunanlar
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Azərbaycan neftinin son qiyməti
"Geoengineering" 2025-ci ilin birinci yarısını 484 min manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir






















