Azərbaycan Baramaçılar Assosiasiyası təsis olunub
“Azərbaycan Baramaçılar Assosiasiyası” İctimai Birliyinin təsis olunmasına həsr edilmiş toplantı keçirilib. Onlayn formatda keçirilən toplantıda Kənd Təsərrrüfatı Nazirliyinin nümayəndələri, Aqrar Elm və İnnovasiya Mərkəzinin, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun rəhbərləri, Qax Damazlıq İpəkçilik Stansiyasının təmsilçiləri, həmçinin 28 rayondan 64 kümçü iştirak ediblər.
Toplantıda çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov bildirib ki, barama istehsalçılarının vahid platformada birləşməsi kümçülərin daha səmərəli fəaliyyətinə müsbət təsir edəcək. Bu səbəbdən kümçülərin bir araya gələrək ictimai birlik təsis etməsi təşəbbüsü təqdirəlayiqdir və Nazirlik fermerlərin ixtisaslaşmış birliklər formatında təşkilatlanması təşəbbüslərini hər zaman dəstəkləyir. Araz İsmayılovun sözlərinə görə, yaradılacaq assosiasiya kümçülərə bir sıra üstünlüklər verəcək, onların mütəmadi bir araya gələrək təcrübə mübadiləsi aparmasına, ölkədə baramaçılığın inkişafına dair təkliflər hazırlamasına şərait yaradacaq.
Toplantı iştirakçıları Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramının qəbul olunduğunu xatırladaraq, dövlətin subsidiya mexanizmləri vasitəsilə proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsinə dəstək göstərdiyini bildiriblər. Görüşdə yaş barama istehsalı və emalı, ipəkçilik məhsullarının ixracı, keyfiyyətli ipəkqurdu toxumu (qrena) istehsalı, aqrotexniki qulluq qaydalarına düzgün riayət etməklə barama istehsalının artırılması, xəstəliklərə qarşı effektiv mübarizənin təşkili, kümçülərə dövlət dəstəyi, barama istehsalı ilə bağlı maarifləndirmə prosesinin gücləndirilməsi və s. mövzular ətrafında fikir mübadiləsi aparıblar.
Toplantının sonunda “Azərbaycan Baramaçılar Assosiasiyası” İctimai Birliyinin təsis olunması barədə qərar qəbul olunub. Birliyin Nizamnaməsi müzakirələrdən sonra təsdiq edilib. Səsvermə nəticəsində Abdul Orucov Assosiasiyanın sədri, Laləzar Heydərova və Tehmur Musayev sədr müavinləri seçiliblər. Bundan başqa, Assosiasiyanın 15 nəfərdən ibarət İdarə Heyəti formalaşdırılıb. Assosiasiyanın rəsmi qeydiyyatdan keçirilməsi üçün sənədlər hazırlanaraq Ədliyyə Nazirliyinə göndəriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


















.jpg)







