Aşağı gəlirli vətəndaşlar bu bank xidmətlərindən ödənişsiz istifadə edəcəklər - SİYAHI
“2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində ölkədə mövcud elektron ödəniş xidmətlərindən istifadənin genişləndirilməsi məqsədilə nəzərdə tutulan tədbirlərdən biri də aşağı gəlirli əhali qrupları üçün ödənişsiz “Baza bank xidmətləri paketi”nin tətbiqinin təşviq edilməsidir.
Marja Azərbaycan Banklar Assosiasiyasına istinadən xəbər verir ki, beynəlxalq təcrübədə maliyyə inklüzivliyinin gücləndirilməsi, maliyyə xidmətlərinə çıxış imkanı olmayan və ya aşağı səviyyədə olan, habelə maliyyə xidmətlərinə çıxış imkanı olsa da, bu xidmətlərdən cəlbedici olmaması səbəbindən istifadə etməyən əhali qrupu üçün bu xidmətlərdən istifadəyə cəlb olunması məqsədilə banklar tərəfindən “Baza bank xidmətləri paketi”nin tətbiq edilməsi təcrübəsi geniş yer alır. Daha güzəştli formada xidmət haqları tətbiq edilən “Baza bank xidmətləri paketi” aşağı gəlirli əhali qrupuna daha sərfəli şərtlərlə maliyyə xidmətlərindən istifadəyə imkan verir.
“Baza bank xidmətləri paketi”nə daxil edilən aşağıdakı xidmətlərin ödənişsiz təqdim edilməsi məqbul hesab edilir:
1. müraciət edən aşağı gəlirli əhali qrupuna daxil olan şəxsə milli vayutada cari hesabın açılması;
2. cari hesaba bağlı əməliyyatların aparılmasına imkan verən bir ədəd debet ödəniş kartının təqdim edilməsi;
3. mövcud olduqda bankın elektron bankçılıq xidmətlərinə (internet və mobil) qoşulması;
4. ay ərzində cari hesaba yaşayış minimumu həcmində vəsaitinin mədaxil edilməsi;
5. ay ərzində bankın ölkədaxili ekvayer şəbəkəsində yaşayış minimumu həcmində nağdlaşma əməliyyatının aparılması;
6. SMS və ya elektron poçt üzrə məlumatlandırma sisteminə qoşulması;
7. cari hesab üzrə aparılmış əməliyyatlar üzrə elektron çıxarışın təqdim edilməsi;
8. ay ərzində cari hesab vasitəsilə yaşayış minimumu həcmində ölkə daxili köçürmə əməliyyatının aparılması.
Müştərilərin xəbərləri
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 12 d. əvvəl
- 34 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
168 milyon manatdan çox mayası olan olan şirkətin nizamnamə kapitalı azaldılıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azərbaycan neftinin son qiyməti
Qızılın qiyməti 5 min dolların üzərində qalmaqda davam edir
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Şirkət yeni soyuducu anbarın tikintisinə başlayıb
Etimad, peşəkarlıq və davamlı inkişaf!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz







.jpg)











