“Günay Sığorta”nın yeni Bakı nümayəndəliyi açıldı
Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" ASC-nin yeni Bakı nümayəndəliyi artıq fəaliyyətə başlayıb.
Şirkətin yaydığı məlumatda bildirilir ki, yeni satış ofislərinin və nümayəndəliklərin açılması ilə “Günay Sığorta” əhalinin sığorta xidmətlərindən daha rahat yararlanması və sığorta barədə maariflənməsinə şərait yaradır.
Yeni nümayəndəlik fiziki və hüquqi şəxslərə həftə içi hər gün saat 09.00-dan 18.00-dək N.Nərimanov rayonu , Əhməd Rəcəbli küçəsi 23A ünvanında sığorta xidmətləri göstərəcək. Həmçinin müştərilər onlayn xidmətdən yararlanaraq 7/24 icbari sığorta, kasko sığorta, əmlak sığortası, səyahət sığortası və s. kimi sığorta məhsullarını qısa zaman ərzində əldə edə bilərlər.
Açılış mərasimindən sonra sığorta sahəsində geniş təcrübəyə malik Bakı nümayəndəliyinin rəhbəri Əbdül Məlikov tərəfindən sığorta məhsulu əldə edən ilk müştəriyə hədiyyə təqdim olunub.
Şirkət satış kanallarının artması istiqamətində addımlar ataraq yeni satış nümayəndəliklərini müştərilərin fəaliyyətinə vermiş və bununla da yeni iş yerlərinin açılmasını təmin etmişdir. Şirkətin Bakı şəhərində və regionlarda 11 nümayəndəliyi və 100-dən çox satış nöqtəsi var. Koronavirus pandemiyasının bütün dünya iqtisadiyyatına, o cümlədən də Azərbaycan iqtisadiyyatına ziyan vurduğu müddətdə "Biz birlikdə güclüyük" şüarı ilə pandemiyaya qarşı mübarizə aparıb, onun mənfi fəsadlarının aradan qaldırılması üçün yeni iş yerlərinin açılması zəruridir. Şirkətin Strateji Planına əsasən Bakı şəhərində və regionlarda yeni nümayəndəliklərin açılması gələcəkdə də davam etdiriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 1 d. əvvəl
- 9 d. əvvəl
- 44 d. əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"




















