AFB Bank maliyyə vəziyyətini açıqladı
“AFB Bank” ASC 2020-ci ilin 9 ayını 1 milyon 775 min manat xalis mənfəət ilə başa vurub.
Marja xəbər verir ki, 2020-ci ilin yanvar-sentyabr dövründə AFB Bankın cəmi əməliyyat gəlirləri 26 milyon 647 min manat, cəmi əməliyyat xərcləri isə 14 milyon 99 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 12 milyon 548 min manat əməliyyat mənfəəti formalaşıb. Bank əməliyyat mənfəətinin 10 milyon 774 min manatını mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb. Nəticədə AFB Bank 2020-ci ilin 9 ayının 1 milyon 775 min manat xalis mənfəət ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin 9 ayında AFB Bankın cəmi əməliyyat gəlirləri 29 milyon 147 min manat, cəmi əməliyyyat xərcləri 16 milyon 476 min manat, əməliyyat mənfəəti 12 milyon 681 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətinin 8 milyon 286 min manatını mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmış və həmin dövrü 4 milyon 384 min manat xalis mənfəət ilə bağlamışdı.
Xalis mənfəətin 2,5 dəfə azalması Bankın qeyri-faiz gəlirlərinin azalması ilə bərabər mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmanın artması ilə əlaqədardır.
Ötən ilin 9 ayında AFB Bankın faiz gəlirləri 20 milyon 988 min manat ikən cari ilin 9 ayında 21 milyon 17 min manat təşkil edib. Qeyri-faiz gəlirləri isə 8 milyon 160 min manatdan 5 milyon 631 min manata düşüb.
Bankın xərclərində azalma baş verib.
30 Sentyabr 2020-ci il tarixində AFB Bank 548 milyon 468 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 434 milyon 407 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib.
30 Sentyabr 2020-ci il tarixində AFB Bank 73 milyon 561 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 4 saat sonra
-
16 d. əvvəl
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
- 20 d. əvvəl
- 46 d. əvvəl
-
50 d. əvvəl
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
- 59 d. əvvəl
-
1 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
1 saat əvvəl
"Əsas suallardan biri “Fukidid tələsi”ndən qaçmağın mümkün olub-olmayacağıdır"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Böyük Britaniya iqtisadiyyatı birinci rübdə 0,6% artıb
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
Məlumatları yerli “bulud”da saxla! – Xərclərə qənaət et!
Ən çox oxunanlar
Si Cinpin: "ABŞ və Çin rəqib deyil, tərəfdaş olmalıdır"
Rəsmi məzənnələr açıqlandı
Trampın FED sədri vəzifəsinə namizədi Senat tərəfindən təsdiqlənib - Kevin Uorş dövrü başlayır
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 30 GÜN







.jpg)





.jpg)









