Maliyyə Nazirliyi daxili bazardan 45 milyon manat borc aldı
6 oktyabr 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105019787 ISIN-li, 30 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Birjadan Marja-ya daxil olmuş məlumata görə, hərrac zamanı 11 investor tərəfindən qiyməti intervalı 97.5355 (9.3800%) və 100.9128 (7.5000%) olan 15 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0000 (8.0000%), orta ölçülmüş qiyməti 100.0270 (7.9851%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 79 milyon 689 min manat, yerləşdirilmiş həcmi isə 45 milyon manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 4 oktyabr 2022-ci il.
Hərrac iştirakçıları 7 oktyabr 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
2020-ci ilin 9 ayı ərzində Maliyyə Nazirliyinin 711 milyon 390 min manatlıq istiqraz yerləşdirib. Cəlb edilən vəsait dövlət büdcəsi kəsrinin maliyyələşdirilməsinə yönəldilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 11 d. əvvəl
-
-
21 d. əvvəl
Azercell: Tarif paketlərini yeniləyərək mobil internet və danışıq imkanlarını artırırıq
- 37 d. əvvəl
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
"Bank of Baku"da iclas keçiriləcək
"İran Trampı öldürməyə çalışır"
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Ən çox oxunanlar
"QatarEnergy" LNG alıcıları üçün fors-major hal elan edib
Bakı Fond Birjasının ticarət dövriyyəsi kəskin azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”























