“AzFinance”ın idarə etdiyi vəsait 125 milyon manatı aşıb
“AzFinance” İnvestisiya şirkəti “PricewaterhouseCoopers” beynəlxalq audit şirkəti tərəfindən təsdiqlənmiş və beynəlxalq maliyyə hesabat standartlarına (MHBS) cavab verən 2019-cu il üzrə maliyyə hesabatını açıqlayıb.
Şirkətdən Marja-ya verilən məlumata görə, “AzFinance”ın idarə etdiyi vəsait 2019-cu il ərzində iki dəfə artaraq 2019-cu ildə 125 milyon manatdan çox təşkil edib.
"Şirkət fərdi investor portfelini idarə etmək üzrə fəaliyyətini genişləndirmiş və bir il ərzində portfelin həcmini 2 dəfə artırmağa nail olmuşdur. Eyni zamanda, şirkət bu fəaliyyəti beynəlxalq standartlara uyğunlaşdırmış və hesabatda müştərilərin vəsaitlərini ayrıca qeyd etməklə balansda aktiv və passivlərdə azalma etmişdir",- məlumatda deyilir.
Şirkət 2019-cu il ərzində 1 milyon 992 min 784 manat gəlir, 1 milyon 611 min 346 manat xərc və 261 min 159 manat mənfəət əldə etmişdir.
“AzFinance” İnvestisiya şirkəti 2014-cü ildən başlayaraq fəaliyyət göstərir. Şirkətin əsas fəaliyyəti brokerlik, portfelin idarə edilməsi, konsaltinq və anderraytinq xidmətlərindən ibarətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)













.jpg)





