Azərbaycanda borcalanlara fərdi reytinqlərin verilməsinə başlanılır
Azərbaycan Kredit Bürosu yeni skorinq xidmətini istifadəyə verib. bu xidmətdən istifadə edən təşkilatlar borcalanın keçmiş kredit məlumatlarına əsasən onun gələcək defolt ehtimalını hesablayıb, yeni kredit əldə etməsinə uyğunluğunu müəyyən etmək imkanı əldə etmiş olacaqlarAzərbaycan Kredit Bürosu (AKB) 24 avqust 2020-ci il tarixindən yeni kredit skorinq xidmətini əməkdaşlıq etdiyi təşkilatların istifadəsinə təqdim edib.
Bu barədə Bürodan Marja-ya daxil olmuş məlumatda bildirilir.
Proqnozlaşdırma gücü kifayət qədər yüksək olan (Gini əmsalı - 66.3) bu model AKB ilə Türkiyənin “Kredi Kayıt Bürosu”nun (KKB) birgə əməkdaşlığı çərçivəsində hazırlanmışdır.
Təqdim olunmuş yeni xidmət AKB-də kredit tarixçəsi subyektləri haqqında toplanmış məlumatların təhlilinə əsasən borcalan davranışlarının öyrənilməsini və əldə edilən nəticələr əsasında fərdi reytinqlərin verilməsini həyata keçirir.
"Yeni kredit skorinq xidməti kredit təşkilatlarında qiymətləndirmə prosedurlarının sadələşdirilməsində, əməliyyat xərclərinə qənaət edilməsində, kredit risklərinin azaldılmasında, habelə borcalanın maliyyə intizamının möhkəmləndirilməsində mühüm rol oynayacaqdır. Belə ki, bu xidmətdən istifadə edən təşkilatlar borcalanın keçmiş kredit məlumatlarına əsasən onun gələcək defolt ehtimalını hesablayıb, yeni kredit əldə etməsinə uyğunluğunu müəyyən etmək imkanı əldə etmiş olacaqlar",- məlumatda deyilir.
Yeni servisin skor şkalası 1-1000 arasında olacaqdır.
Məlumat üçün bildirək ki, AKB ölkənin qabaqcıl 8 bankı tərəfindən 2018-ci ildə təsis edilmişdir. Cari dövrə AKB-nin əməkdaşlıq etdiyi təşkilatların sayı 137-yə çatmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)








.jpg)








