Aktivləri 1 milyard manatdan çox olan 5 bank - SİYAHI
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu il iyulun 1-nə aktivləri 1 milyard manatdan çox olub.
Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (8 milyard 477 milyon 362 min manat), "Kapital Bank" (4 milyard 870 milyon 499 min manat), "PAŞA Bank" (4 milyard 831 milyon 912 min manat), "Xalq Bank" (2 milyard 168 milyon 973 min manat) və "Bank Respublika"dır (1 milyard 35 milyon 567 miln manat).
Qalan 21 bankdan 8-də aktivlər 500 milyon manatdan 1 milyard manata qədər, 11 bankda 100-500 milyon manat arasında, 2 bankda isə 100 milyon manatdan azdır.
7 bankın aktivləri azalıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 7-nin bu il iyulun 1-nə aktivləri illik müqayisədə az olub.
"Azərbaycan Beynəlxalq Bankı", "Unibank", "Yapı Kredi Bank Azərbaycan", İran Milli Bankının Bakı filialı, "Express Bank", "Bank Respublika" və "Bank Avrasiya"dır.
Ən çox azalma "Bank Avrasiya"da (17,7%), ən az azalma isə "Azərbaycan Beynəlxalq Bank"ında (0,1%) qeydə alınıb.
Qalan 19 bankın isə aktivləri artıb. Ən yüksək dinamika "Rabitəbank"da (51,5%), ən aşağı dinamika isə "Azər-Türk Bank"da (0,5%) qeydə alınıb.
©️ "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
10 d. əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
28 d. əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
48 d. əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
50 d. əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 1 saat əvvəl
-
2 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bu bankın kredit portfeli 50 milyon manatdan çox artaraq 700 milyon manatı aşıb
-
3 saat əvvəl
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb
Bakı Fond Birjası və “PwC Azərbaycan” anlaşdı








.jpg)











