"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
ABŞ Prezidenti Donald Trump bazar günü İranı “hərəkətə keçməyə” çağırıb və əks halda nəticələrlə üzləşə biləcəyi ilə hədələyib. Tramp "Truth Social" platformasında paylaşımında bildirib: “İran üçün saat işləyir və onlar sürətlə hərəkətə keçsələr yaxşı olar, əks halda onlardan geriyə heç nə qalmayacaq. ZAMAN ÇOX KRİTİKDİR!”. Tramp mümkün nəticələrin nədən ibarət olacağını və ya İranın bundan qaçmaq üçün konkret olaraq nə etməli olduğunu açıqlamayıb. Aprelin əvvəlində kövrək atəşkəs əldə olunduqdan sonra ABŞ və İran müharibəni bitirmək üçün aparılan danışıqlarda ciddi fikir ayrılıqları yaşayır. ABŞ İran limanlarını blokadada saxlayır, İran isə münaqişənin başlanğıcından bəri Hürmüz boğazını bağlayıb.ABŞ Prezidenti Donald Trump İranın Hörmüz boğazının açılması ilə bağlı “dərhal və sürətlə hərəkətə keçməsi” lazım olduğu barədə xəbərdarlıq edib.
Marja xəbər verir ki, Tramp sosial media hesabında etdiyi paylaşımda İrana verilən vaxtın azaldığına dair xəbərdarlıq xarakterli ifadələr işlədib.
ABŞ Prezidenti “İran üçün saat işləyir, dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar” deyə bildirib.
İrana qarşı sərt ifadələr işlədən Tramp “Əks halda onlardan geriyə heç nə qalmayacaq. Zaman kritik əhəmiyyət daşıyır”, bildirirb.
Trampın açıqlaması, Çinə səfərindən sonra Hörmüz boğazındakı qeyri-müəyyənliyin hansı istiqamətdə inkişaf edəcəyinə dair siqnallar verib.
Bu, Trampın sosial mediada Tehrana qarşı sərt ifadələrlə hədələr səsləndirdiyi ilk hal deyil. Apreldə əldə olunan atəşkəsdən əvvəl o, İran ABŞ-ın tələblərinə boyun əyməzsə, “bütün bir sivilizasiyanın bu gecə məhv olacağı və bir daha geri qayıtmayacağı” barədə xəbərdarlıq etmişdi. Tramp daha əvvəl İranın elektrik stansiyaları və körpüləri də daxil olmaqla mülki infrastruktura zərbələr endirməklə hədələmişdi ki, bu da müharibə cinayəti hesab oluna bilər.
Neft üçün mühüm marşrut olan Hürmüz boğazının bağlanması iqtisadiyyata ciddi təsir göstərib, qlobal miqyasda neft qiymətlərinin kəskin artmasına və ABŞ-da benzin qiymətlərinin yüksəlməsinə səbəb olub. American Automobile Association (AAA) məlumatına görə, bazar günü ABŞ-da benzinin orta milli qiyməti hər qallon üçün 4,51 dollar olub.
ABŞ İranın nüvə proqramından imtina etməsini və Hürmüz boğazını yenidən açmasını tələb edir. İran isə müharibə nəticəsində dəyən ziyanın ödənilməsini, blokadanın dayandırılmasını və döyüşlərin, o cümlədən Livanda da daxil olmaqla, dərhal dayandırılmasını tələb edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 3 saat sonra
-
-
12 d. əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
29 d. əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 39 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Göygöl Şərab Zavodu” zərərdən mənfəətə keçib: aktivləri 77 milyon manatı aşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
"FINCA Azerbaijan" təminatsız istiqrazlar ilə 1,5 milyon manat borc alır
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
"Group Motors"dan 107 milyon manatlıq satış
Ən çox oxunanlar
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb
Rəsmi məzənnələr açıqlandı
Tikinti şirkətinin gəlirləri 62 milyon manatı, xalis mənfəəti 4 milyon manatı keçib
İlk “IM Motors LS9 Plug-in-Hybrid” “Sea Breeze”-də təqdim olundu
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır



























