“Rəvan Sığorta” əmlaklarını satışa çıxarıb
“Rəvan Sığorta” ASC mülkiyyətində olan bir neçə qeyri-yaşayış sahəsini satışa çıxarıb.
Məlumata görə, "Rəvan Sığorta" Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 40 ünvanında yerləşən qeyri yaşayış sahəsinin (ilkin ödəniş 38 min manat, ƏDV xaric 665 780 manat), Koroğlu Rəhimov küçəsi 96/98 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (ilkin ödəniş 8 min manat, qalan məbləğ 10 ay ərzində ödəmək şərti ilə 139,4 min manat) və Xətai rayonu, Babək prospekti, 28d ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (ilkin ödəniş 16 min manat, 265 230 manata) Qasımova Nigar Vəzirxan qızına satılması və “Sabah” İstehsalat Kommersiya Firmasının nizamnamə kapitalının 45%-ni təşkil edən payının (ilkin ödəniş 38 min manat, qalan məbləğ 10 ay ərzində ödənilmək şərti ilə) “Nurgun Group” MMM-ə satılması haqqında qərar qəbul edib.
Xatırladaq ki, "Rəvan Sığorta"nın bazarı tərk edəcəyi bildirilirdi. Bu məsələ şirkətin səhmdarlarının avqustun 10-da keçirilməsi planlaşdırılan ümumi yığıncağında müzakirə edilməli idi.
Xatırladaq ki, "Rəvan Sığorta" 1998-ci ildə "Double Insurance Company" kimi fəaliyyətə başlayıb, 2004-cü ildə adını "Star Alyans Sığorta"ya dəyişib, 2007-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 8,9 milyon manatdır. Şirkətin səhmlərinin 49,1%-i "Nurgun Group of Companies"ə, 42,36%-i "Nurgun Motors" MMC-yə, 8,54%-i isə "NBC Bank"a məxsusdur.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)
.jpg)









.jpg)





