Ən yüksək qiymətə pavilyon özəlləşdirildi
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 20 dekabr tarixində dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Komitədən "Marja"ya daxil olmuş məlumata görə, hərracda ümumilikdə 13 dövlət əmlakı olmaqla, 3 kiçik dövlət müəssisə və obyekti, 7 istifadəsiz qeyri-yaşayış sahəsi və 3 nəqliyyat vasitəsi özəlləşdirilib.
Bakı, Zaqatala və Oğuzda yerləşən bir neçə dövlət əmlakının, eləcə də nəqliyyat vasitələrinin satışı üzrə hərraclar rəqabətli şəraitdə keçib. Bu isə öz növbəsində paytaxtla yanaşı, bölgələrdə də dövlət əmlakının özəlləşdirilməsinə investor marağının getdikcə artmasının əyani göstəricisidir.
Hərracda özəlləşdirilmiş kiçik dövlət müəssisələrinin 1-i Bakıda, 1-i Tərtərdə, 1-i Zaqatalada, istifadəsiz qeyri-yaşayış sahələrinin 5-i paytaxtda, 1-i Ağcabədidə, digəri isə Oğuzda yerləşir. Bu dəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Nəsimi rayonunda yerləşən pavilyon olub. Belə ki, adıçəkilən əmlak 250 min manata özəlləşdirilib.
Zaqatalada yerləşən obyektin ilkin satışı 20 min manata təklif olunduğu halda, rəqabət nəticəsində 28 min manata, Oğuzda yerləşən əmlak isə 10 min manatdan rəqabət nəticəsində qalxaraq 16 min manata özəlləşdirilib.
Hərracda satılan kiçik müəssisələr və istifadəsiz qeyri-yaşayış sahələri kiçik və orta həcmli sahibkarlıq fəaliyyəti üçün əlverişlidir. Özəlləşdirilmiş belə əmlaklar sonradan sahibləri tərəfindən biznes obyektinə çevrilir və icarəyə verilməklə gəlir mənbəyi olur. Mühüm üstünlük isə belə daşınmaz əmlakların hərracda özəlləşdirilməsindən qısa müddət sonra mülkiyyət hüquqlarının dövlət qeydiyyatı barədə reyestrdən çıxarış sənədi ilə təmin olunmasıdır. Hərracda qalib olan vətəndaşlar özəlləşdirdikləri əmlaklar barədə gələcək planlarını, hansı məqsədlərlə istifadə edəcəklərini bildiriblər. Hərrac qalibləri sırasında qadın sahibkarlar da olub. Özəlləşdirilən obyekt və qeyri-yaşayış sahələrinin sonradan məişət, qida, təmir və digər sahələrdə biznes fəaliyyəti üçün istifadə ediləcək. Eyni zamanda, belə kiçik müəssisə və obyektlərdə yeni iş yerləri yaradılacaq ki, bu da ölkədə məşğulluğun təmin olunmasına dəstək olacaq.
Hazırda sadə prosedura əsasən hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Hərracların elanı, gedişatı və nəticələri barədə komitənin saytı, Özəlləşdirmə portalı, eləcə də facebook sosial şəbəkəsindəki rəsmi səhifə və “Privatization.az” səhifəsi vasitəsilə əhaliyə mütəmadi məlumatlar verilir.
Hərracda media nümayəndəsi və istənilən vətəndaş rahat şəkildə iştirak edib prosesi müşahidə edə bilir. Eyni zamanda, müasir texnologiyalar sayəsində böyük monitorlarda regionlarda keçirilən hərraclar da izlənilir.
Qeyd edək ki, tamamilə şəffaf, rahat və ictimaiyyətin bütün təbəqələrinə açıq şəraitdə keçirilən belə hərraclar əmlak sahibi olmaq istəyən hər bir vətəndaş üçün böyük imkandır.
Komitə tərəfindən növbəti hərrac 27 dekabrda keçiriləcək. Hərraca 115 əmlak olmaqla, 24 səhmdar cəmiyyəti, 57 istifadəsiz qeyri-yaşayış sahəsi, 24 kiçik dövlət müəssisə və obyekti, həmçinin 10 nəqliyyat vasitəsi çıxarılıb. 27 dekabrda keçiriləcək hərracdakı əmlaklarla aşağıdakı linkdə tanış ola bilərsiniz:
http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1032
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
25 d. əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
-
27 d. əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 39 d. əvvəl
-
1 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
1 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
1 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur























