"Biz girovsuz da kredit veririk" - MÜSAHİBƏ
“Rabitəbank”ın Satış üzrə İdarə Heyətinin Sədr Müavini : Səhiyyə və qida sektoruna xüsusi diqqət ayırmışıq.Son illər Azərbaycanda biznes kreditlərinin artırılması istiqamətində addımlar atılır və banklara müxtəlif çağırışlar edilir. Lakin bu il ölkədə pandemiyanın yayılması müxtəlif biznes fəaliyyətlərini ləngidib. Bu halda biznes kreditlərinin də həcmində dəyişikliklərin olması istisna olunmur.
Pandemiya bankların biznes kreditləri ilə bağlı siyasətinə və real sektorun kreditləşməsinə hansı formada təsir edib?
Bu barədə “Rabitəbank”ın Satış üzrə İdarə Heyətinin Sədr Müavini Orhan Gültekinlə müsahibəni təqdim edirik.
- Ölkədə pandemiyanın yayılmasından sonra biznes sektorunun kreditləşməsində hansı dəyişikliklər baş verib? Biznes kreditləşməsində ortaya çıxan geriləmənin hansı müddətə bərpa olunacağı gözlənilir?
- Pandemiya başlayandan sonra kredit tələblərində qismən azalma müşahidə olunsa da, artıq son günlər kredit tələbləri artmağa başlayıb. Biz müştərilərimizin kredit ehtiyaclarına hər zaman cavab veririk. Hazırda müştərilərin maraqlandığı əsas mövzular olan mövcud kreditlərin dövlət tərəfindən subsidiya edilməsi və güzəştli şərtlərlə yeni kreditlerin verilməsi məsələlərini də nəzərdən keçiririk. Bu istiqamətdə hazırlıqlarımızı etmişik. Sözügedən qaydalar təsdiqlənəndən sonra müştərilərə bu kimi güzəştlər də veriləcəkdir.
Müştərilər belə bir dövrdə daha çox faiz və kredit şərtlərinə həssas olurlar. Buna görə də biz indi müştərilər üçün daha sərfəli kreditlər verilməsi məsələsi istiqamətində fokuslanırıq. Bu istiqamətdə uzun müddətdir ki, Sahibkarlığın İnkişaf Fondu, Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) və İpoteka Kredit və Zəmanət Fondu ilə əməkdaşlığımız var. Bu fondlarla sıx təmaslar qurmuşuq və onların vasitəsilə müştərilərimizə sərfəli şərtlərlə kreditlər təqdim edirik.
Pandemiyanin nə zaman bitəcəyi bilinmədiyi üçün həm banklar, həm də biznes sektorundan olan müştərilərin bu şəraitdə çalışmağı, özlərini bu şəraitə adaptasiya etməyi öyrənməsi zəruridir və bu istiqamətdə işlər görülür. Bu məqsədlə onlayn bankçılıq və rəqəmsallaşmağa banklar tərəfindən daha çox diqqət göstərilir.
- Əsasən hansı sektorlara biznes kreditləri ayırırsınız?
- Biz, iqtisadiyyatda faydalı layihələr həyata keçirən şirkətlərlə və bütün sektorlarla işləməyə maraqlıyıq. Portfelimiz çok diversifikasiya olunmuş bir portfeldir. Şirkətlərin böyüklüyündən asılı olmayaraq hər bir sektora kredit veririk və bundan sonra da verəcəyik. Xüsusilə qeyri-neft sektoruna, istehsalat ve ixracat edən şirkətlərə intensiv kreditlər veririk. Əlavə olaraq hazırkı çətin dövrdə - pandemiya dövründə ölkəmiz üçün vacib olan səhiyyə və qida sektoruna xüsusi diqqət ayırmışıq.
Ümumilikdə heç bir biznes sektoru arasında fərq qoymuruq. Əsas olan sektor deyil, şirkətin sağlamlığı, hesablarının və layihələrinin düzgün olmasıdır.
- Son illər ölkədə kənd təsərrüfatı sektorunun maliyyələşməsinə xüsusi önəm verilir.
- Son iki ildə kənd təsərrüfatı bizim də xüsusi diqqət göstərdiyimiz sektorlardan biri oldu. AKİA bu prosesi daha da təkmilləşdirdi, müştəri bazası ilə bağlı məlumatlar inkişaf etdirildi və müəyyən bir fond yaradıldı. Biz də bundan istifadə edib, müştərilərimizlə kreditləşməni artırdıq. Yeni bir layihə olaraq kənd təsərrüfatı sahəsində 12%-lə 15 min manata qədər girovsuz mikrokredit veririk. Kənd tərərrüfatı sektorunda daha geniş bir layihə olarsa, biz də daha böyük məbləğlərdə kredit verməyə hazırıq.
- Bəzən cəmiyyət arasında bankların girovsuz kredit verməməsindən şikayətlənənlər olur.
- Qeyd etmək istəyirəm ki, bizdə girovsuz kredit verməmək kimi bir məsələ yoxdur. Biznesin təqdim etdiyi layihəyə inam yaranarsa, girov ikinci dərəcəli əhəmiyyət kəsb edir. Əsas olan şirkətin fəaliyyəti və təqdim edilən layihənin düzgün işləməsidir. Belə layihələrdə biz girovsuz da kredit veririk. Məsələn, 300 min manata qədər güzəştli şərtlərlə girovsuz kreditimiz var. Daha çox qeyri-neft sektorundakı inkişafa faydası ola biləcək istiqamətlərdə kreditlər vermək istəyirik.
- “Rabitəbank”ın kredit portfelində biznes kreditlərinin önəmini necə göstərmək olar?
- “Rabitəbank” olaraq biz yarandığımız gündən intensiv şəkildə biznes kreditləri verən bir bank kimi tanınırıq. Bizim birinci hədəfimiz biznes kreditlərimizin artması və real sektorun maliyyələşməsidir. Ona görə də kredit portfelimizdə biznes kreditlərinin payı çoxdur. Bu gün “Rabitəbank”da biznes kreditləri ümumi kredit portfelinin 60%-ni təşkil edir. Gələcək layihələrdə bu göstəricini daha da yuxarı qaldırmağa maraqlıyıq. Beynəlxalq praktikaya baxsaq, ümumi portfeldə biznes kreditlərinin payının 60-65% arasında olması çox yaxşı bir göstəricidir. Sərfəli qeyri-kredit məhsullarının da təklif edilməsinin biznes subyektleri üçün çox vacib olmasının fərqindəyik. Biz də bununla bağlı müştərilərimizə xüsusi endirimli tariflər, güzəştlər, kampaniyalarla dəstək oluruq. Müştərilərin təkliflərimizi müsbət qarşılaması onu deməyə əsas verir ki, biz doğru yoldayıq.
- Kreditin məbləği artdıqca kredit faizlərində azalma olurmu?
- Tutaq ki, bir müştəri yeni avadanlıqlar almaq, dövriyəsini artırmaq, biznesini genişləndirmək istəyir. Bunun üçün də geniş bir biznes planı qurur, hər hansı bir böyük və gəlirli bir zavod və digər iri müəssisə açmaq istəyir. Bu zaman həmin müştəriyə irihəcmdə kredit vermək olar. Biz də həmin müştəriyə verdiyimiz kreditlərdə güzəştlər etməyə çalışırıq. Biz sərfəli şərtlərlə kredit verməyə maraq göstəririk ki, ölkə iqtisadiyyatına faydamız dəysin. Ona görə də irihəcmli kreditlərdə müəyyən faiz güzəştləri təklif edirik.
©️ Report
Müştərilərin xəbərləri
Sabit gəlir axtaran investorlar üçün yeni imkanlar: ABB mobile-da ABŞ istiqrazları ilə tam rəqəmsal ticarət!
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 3 d. əvvəl
-
4 d. əvvəl
Bu bankın kredit portfeli 50 milyon manatdan çox artaraq 700 milyon manatı aşıb
-
29 d. əvvəl
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
-
36 d. əvvəl
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
- 44 d. əvvəl
-
46 d. əvvəl
Azərbaycan sığorta bazarının həcmi ötən il 1,5 milyard manata çatıb
-
1 saat əvvəl
Regional bank Azərbaycanın iştirakçı olduğu layihəyə 50 milyon dollar ayıracaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 27-də gözlənilən hava şəraiti
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
"Grill House" restoranının sahibi saxlanılıb
Ən çox oxunanlar
Bakı Fond Birjası və “PwC Azərbaycan” anlaşdı
Azərbaycanda 17 bankın öhdəlikləri artıb - SİYAHI
Dövlət universiteti “Yüksək Texnologiyalar Mərkəzi”ni yaradır - 10 MİLYON MANATLIQ TENDER
Azərbaycanın Ermənistana ötənilki ixracının dəyəri açıqlanıb
Norm 3-cü dəfə beynəlxalq tədbirə ev sahibliyi edəcək
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib




















