Elman Rüstəmov iclas keçirdi
"Bank sektorunda vəziyyət qənaətbəxşdir, likvidlik normaldır, kredit aktivliyinin bərpa olunması davam edir, eyni zamanda, biznes kreditləşməsində artım, istehlak kreditlərində isə azalma müşahidə olunur"Mərkəzi Bankın İdarə Heyətinin yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının cari ilin 22 aprel tarixində növbəti iclası keçirilib.
İclasda Şurada təmsil olunan Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Banklar Assosiasiyası, sahibkarlar və bank sektorunun nümayəndələri iştirak edib. İclas onlayn formatda keçirilib.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, iclasın başlıca məqsədi COVİD-19 pandemiyası şəraitində sahibkarların üzləşdiyi çətinliklər və vəziyyətdən çıxış üzrə bank sektoru ilə əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsindən ibarət idi.
Mərkəzi Bankın sədri Elman Rüstəmov iclasda çıxış edərək qeyd etdib ki, ölkədə makroiqtisadi vəziyyət və sosial-iqtisadi inkişafla bağlı iqtisadi tənzimləmə institutları və maliyyə sektoru qarşısında qoyulan vəzifələr daim diqqət mərkəzində saxlanılır.
Məlumat verib ki, ölkədə makroiqtisadi sabitlik davam edir, inflyasiya məqbul səviyyədədir, milli valyuta - manatın məzənnəsi sabitdir, valyuta bazarında vəziyyət əhəmiyyətli dərəcədə normallaşıb. Bank sektorunda vəziyyət qənaətbəxşdir, likvidlik normaldır, kredit aktivliyinin bərpa olunması davam edir, eyni zamanda, biznes kreditləşməsində artım, istehlak kreditlərində isə azalma müşahidə olunur. Son aylarda həmçinin əhalinin əmanət bazasında artım və dedollarizasiya trendlərinin başlanılması qeyd edilmişdir.
Elman Rüstəmov qeyd edib ki, bu gün əsas diqqətin cəlb edildiyi məsələlərdən biri biznesin fəaliyyət göstərdiyi makroiqtisadi mühitin dayanıqlı, stabil, proqnozlaşdırılan olması, makroiqtisadi mühitdən biznesə dəstəyin gəlməsinin təmin edilməsidir. Yeni şəraitdə makroiqtisadi çərçivə elə qurulmalıdır ki, aşağı neft qiymətləri şəraitində makroiqtisadi sabitlik qorunub saxlanılsın.
Sonra, Mərkəzi Bankın sədri sahibkarlar və kommersiya banklarının rəhbərləri ilə keçirilən əvvəlki görüşün nəticələrinə toxunaraq bildirib ki, ötən görüşdə biznes subyektlərinin qaldırdığı məsələlərin əksəriyyəti artıq öz həllini tapıb. Belə ki, idxal əməliyyatlarının tənzimlənməsinin liberallaşdırılması həyata keçirilib, çeklərlə hesablaşmaların aparılması sisteminin Azərbaycana gətirilməsi istiqamətində Şura çərçivəsində əhəmiyyətli işlər görülüb. Maliyyə sektoru ilə real sektorun əlaqələrinin genişləndirilməsi, kənd yerlərində girovsuz kreditlərin verilməsi, özünəməşğulluq proqramına dəstək istiqamətində fəal iş aparılır.
Elman Rüstəmovun giriş nitqindən sonra iclas iştirakçıları gündəlikdə duran məsələlərin müzakirəsinə dəvət edilib.
Müzakirələr zamanı pandemiya şəraitində sahibkarların üzləşdiyi çətinliklər, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək mexanizmləri üzrə təkliflər, bu istiqamətdə sahibkarlarla maliyyə institutları arasında əməkdaşlıq perspektivlərinə dair geniş müzakirələr aparılıb.
Çıxış edən sahibkarlar pandemiya şəraitində üzləşdikləri çətinlikləri qeyd edərək bank sektoru qarşısında kredit öhdəliklərinin restrukturizasiyası, cari fəaliyyətlərində dövriyyə vəsaitlərinin çatışmazlığını həll etmək üçün yeni kreditlərin ayrılması, valyuta rejiminin təkmilləşdirilməsi üzrə əlavə tədbirlərin görülməsi, hesablaşmalarda, xüsusilə də kiçik biznesdə hesablaşmalarda nağd vəsaitlərdən istifadə imkanlarının nəzərdən keçirilməsi, bu istiqamətdə çeklə hesablaşmaların da tətbiq imkanlarına baxılması, mikrokreditləşmə mexanizmləri üzrə tələblərin sadələşdirilməsi, biznesin kreditləşməsinin aktivləşməsi üçün zəmanət mexanizmlərindən daha geniş istifadə edilməsi kimi fikirlər səsləndiriblər.
E.Rüstəmov müzakirələrin nəticələrini ümumiləşdirərək görüşün faydalı olduğunu qeyd edib. Bildirib ki, iclasda qaldırılan məsələlər və səsləndirilən təkliflər hərtərərfli öyrəniləcək və həmin istiqamətlər üzrə birgə iş aparılacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 3 saat əvvəl
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
8 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
Ən çox oxunanlar
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir






.jpg)






.jpg)






