“Fermerlərimizin əlavə olaraq 140 milyonluq vəsaitə ehtiyacı var”
"Mikrokreditlərin maksimal dərəcəsi 12 faiz ola bilər. Əvvəllər bu cür kreditlərin orta müddəti 1-2 il idi, indi isə kreditlərin ödənilməsinin maksimal müddəti 3 ilədək artırılıb"“Aqrar sahənin maliyyələşdirilməsinin stimullaşdırılması ilə əlaqədar imzalanmış Fərman fermerlərin kredit almaq imkanlarını asanlaşdıracaq”.
Bu fikirləri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib.
Onun sözlərinə görə, yeni mexanizm fermerlərə girovsuz mikrokreditlər vermək imkanı yaradır.
“Bildiyiniz kimi, kənd təsərrüfatı sahəsində çalışan fermerlərin təxminən 80 faizi kiçik və orta ailə-kəndli təsərrüfatlarına aid edilən fermerlərdir. Onların istifadəsində ümumilikdə 230 min hektar torpaq sahəsi var. Bu fermerlərin maliyyəyə çıxışı əsasən dövlət tərəfindən onlara ayrılan subdsidiyalar, güzəştli kreditlər və müxtəlif banklar tərəfindən təqdim olunan kommersiya kreditləri formasındadır. Ümumi mənəzərəyə nəzər yetirdikdə görürük ki, bu sahədə təxminən 60 milyonluq bir kredit portfeli var və bu kateqoriyadan olan fermerlərə ilindən asılı olaraq 40-45 milyonluq subsidiya verilir. Lakin ümumi mənzərəyə baxdıqda görürük ki, fermerlərimizin əlavə olaraq 140 milyonluq vəsaitə ehtiyacı var. Bu ehtiyac yeni yaradılmış maliyyə instrumentləri vasitəsilə maliyyələşdirilə bilər. Məhz bu məqsədlə Prezident tərəfindən çox düzgün qərar verilib və AKİA-nın həm Əsasnaməsinə, həm də vəaistdən istifadə qaydalarına dəyişiklik olunub”.
AKİA sədri qeyd edib ki, bu Fərman fermerlərə 15 min manatadək girovsuz mikrokredit vermək mexanizmi formalaşdırmaq imkanı yaradır: “Mexanizm özündə orta bazar qiymətlərindən iki dəfə aşağı faiz dərəcəsi ilə mikrokreditlər verilməsini nəzərdə tutur. Mikrokreditlərin maksimal dərəcəsi 12 faiz ola bilər. Əvvəllər bu cür kreditlərin orta müddəti 1-2 il idi, indi isə kreditlərin ödənilməsinin maksimal müddəti 3 ilədək artırılıb. Mexanizmin bir tərəfi bu sahəyə vəsait ayıran dövlət, bir tərəfi mikrokreditlərə tələbatı olan fermerlərə, üçüncü tərəfi isə prosesdə iştirak edən banklardır. Banklar üçün bu məhsulu cəlbedici edən əsas istiqamətlərdən biri fermerlərin bank üçün yarada biləcəyi riskləri dövlətin qismən qarşılamasıdır. Banklara ucuz vəsaitə çıxış verilməsi, risklərin dövlət tərəfiondən qismən qarşılanması bu məhsulu həm banklar, həm fermerlərimiz üçün cəlbedici edir. Eyni zamanda hesab edirik ki bu mexanizm fermerlərimizin maliyyəyə çıxış imkanlarını əhəmiyyətli dərəcədə atrıracaq”.
AKİA sədrinin sözlərinə görə, kənd təsərrüfatının mövsümi fəaliyyət olduğunu nəzərə alaraq mikrokreditlərin ödənilməsi üçün güzəşt müddətləri də nəzərdə tutulub: “Mikrokreditlər üçün istiqamətindən asılı olaraq 1 ilə qədər güzəşt müddəti də nəzərdə tutulub. Eyni zamanda sənədləşmədə sürətli keçid mexanizmləri hazırlanıb ki, bu da fermerlərin maliyyəyə çıxışını əhəmiyyətli dərəcədə asanlaşdıracaq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 18 d. əvvəl
-
-
29 d. əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
30 d. əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
-
2 saat əvvəl
ABB-nin son açıqlamasından sonra "DavrBank"ın beynəlxalq reytinqi yüksəldi
-
2 saat əvvəl
"JPMorgan Chase" 2026-cı il üzrə qızılın qiyməti proqnozunu aşağı salıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
Baku Electronics-də yaz fürsətləri davam edir!
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
Ən çox oxunanlar
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
Rəsmi məzənnələr açıqlandı
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
Trampın İrana xəbərdarlığından sonra neft daha da bahalaşıb















.jpg)








