“Günay Sığorta”nın xalis mənfəəti 13 dəfə artıb
Şirkətin illik xalis mənfəəti 57 min manatdan 719 min 502 manata yüksəlib“Günay Sığorta” ASC 2019-cu ili 719 min 502 manat xalis mənfəət ilə başa vurub. Bu, 2018-ci illə müqayisədə təxminən 13 dəfə çoxdur. Belə ki, “Günay Sığorta” 2018-ci ili 57 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja şirkətin maliiyyə göstəricilərinə istinadən xəbər verir ki, ötən il “Günay Sığorta”nın cəmi gəlirləri 6 milyon 861 min manat, cəmi xərcləri isə 5 milyon 957 min manat təşkil edib. Şirkət 903 min 835 manat əməliyyat mənfəətindən 184 min 333 manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə “Günay Sığorta”nın cəmi gəlirləri 8 milyon 440 min manat, cəmi xərcləri 8 milyon 379 min manat təşkil etmiş, şirkət 61 min 252 manat maliyyə mənfəətindən 4 min 210 manat mənfəət vergisi ödəmişdi.
TOPLADIĞI SIĞORTA HAQLARI ARTIB
İllik müqayisədə “Günay Sığorta” topladığı sığorta haqları 2018-ci ildəki 5 milyon 837 min manatdan 2019-cu ildə 7 milyon 222 min manata yüksəlib, sığorta ödənişləri isə 3 milyon 328 min manatdan 1 milyon 894 min manata geriləyib.
Ötən il "Günay Sığorta"nın tələblərə uğun olaraq topladığı sığorta haqlarının bir hissəsini ehtiyat yönəltdiyindən cəmi gəlirlər illik müqayisədə azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 40 d. əvvəl
-
-
45 d. əvvəl
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
-
48 d. əvvəl
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin olunub
-
1 saat əvvəl
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Norm Sement zavodunun istehsal gücü artırılıb
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
Ən çox oxunanlar
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib
ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Rəsmi məzənnələr açıqlandı
Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların HƏRƏKƏT QRAFİKİ



























