"AXA MBASK"ın yerini “Qala Sığorta” tutdu
Yanvar ayının son günündə Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin ali idarəetmə orqanı olan Ümumi Yığıncağın iclası baş tutub.
22 Sığorta şirkətinin sədr və sədr müavinlərinin iştirakı ilə keçirilən iclasda ASA İB-nin 2019-cu ildə gördüyü işlər və “Qarşısıalınma tədbirləri fondunda yığılan vəsaitlərin istifadə olunması təyinatları” üzrə Memoranduma dair “Məsafə saxla” layihəsi ilə bağlı hesabatlar, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-nin 2019-cu il üzrə görülmüş işlərə dair hesabatlar, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-nin 2020-ci il üzrə Tədbirlər Planı, İB-nin Müşahidə Şurasının üzvlərinin yenidən təyin edilməsi, İB-nin üzvü olan Sığorta vasitəçilərinin üzvlükdən çıxarılması, eləcə də qurumun Nizamnaməsinin yeni redaksiyasının təsdiqlənməsi məsələləri müzakirə edilib.
İclasın nəticəsi olaraq Müşahidə Şurasına AXA MBASK şirkəti əvəzinə “Qala Sığorta” ASC-nin üzvlüyü təsdiqləndi.
İclas zamanı diqqət yönəldilən əsas məsələlərdən biri də Qurumun Tədbirlər planı olub. 2020-ci il üçün təsdiq edilən plan üzrə qanunverilik, sığrota sahəsində maarifləndirmə, təlim kurslarının və layihələrin həyata keçirilməsi üzrə işlərin davam etdirilməsi qərara alınıb. Qəbul edilən yeni qərarlar sırasında ASA İB-nin üzvlüyündən çıxarılan sığorta vasitəçiləri ilə fərqli formatda fəaliyyətin davam etdiriləcəyi də yer alıb.
Bununla yanaşı Azərbaycan Sığortaçılar Assosiasiyasının Nizamnaməsinin yeni redaksiyası müzakirə olunub.
ASA ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərin hüquqi bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-hökumət təşkilatıdır. Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən 21 sığorta şirkəti və 1 təkrarsığorta şirkəti “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-nin üzvüdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)







.jpg)






