Beynəlxalq Bankda biznes kreditləri istehlak kreditlərindən daha çox artıb
Ötən il “Azərbaycan Beynəlxalq Bankı” ASC-də müştərilərə verilən kreditlər təxminən 452 milyon manat artıb.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2018-ci ilin sonunda müştərilərə verilmiş kreditlər 1 milyard 923 milyon 32 min manat ikən 2019-cu ilin sonunda 2 milyard 374 milyon 984 min manata çatıb.
2018-ci illə müqayisədə 2019-cu ildə “Azərbaycan Beynəlxalq Bankı”nda cəmi biznes kreditləri portfeli 225 milyon 411 min manat artaraq 1 milyard 251 milyon 183 min manata, istehlak kreditləri portfeli 186 milyon 772 min manat artaraq 508 milyon 753 min manata, daşınmaz əmlak kreditləri portfeli isə 39 milyon 769 min manata 615 milyon 47 min manata yüksəlib.
Keçən il Beynəlxalq Bankın mümkün zərərlər üçün yaratdığı məqsədli ehtiyat 21 milyon 284 min manat azalaraq 221 milyon 773 min manata düşüb. Bu ehtiyat Bankın qeyri-standart aktivləri üzrə zərərin ödənilməsi üçün yaradılan xüsusi fonddur. Qeyri-standart aktivlər - "qeyri-qənaətbəxş", "təhlükəli" və "ümidsiz" aktivlərdir.
Ötən il ərzində müştərilərə verilmiş xalis kreditlər 314 milyon 841 min manat artaraq 1 milyard 994 milyon 816 min manat təşkil edib.
HƏMÇİNİN OXU:Azərbaycanın iri bankı 300 milyon manatdan çox xalis qazanc açıqladı
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















