"AccessBank"ın sədri haqqındakı xəbərə münasibət bildirdi
"AccessBank"ın İdarə Heyətinin sədri Anar Həsənov "Yanvar ayından etibarən öz komandası ilə Bankı tərk edəcəkləri" barədə yayılan məlumata münasibət bildirib.
"Marja"nın məlumatına görə, Anar Həsənov yayılan məlumatın şaiyə olduğunu bildirib.
"AccessBank"ın komandasından ayrılan Bankın İcraçı direktoru Günay Cəlilovadır. O gələn ilin Yanvar ayından karyerasını başqa maliyyə təşkilatında davam etdirməyə qərar verib. Onun bizdən ayrılmasına kədərlənirik, çünki Günay xanımın son 14 il ərzində bizim üçün əvəzolunmaz əməyi olub. Digər tərəfdən fəxr edirik ki, "AccessBank"ın yetişdirdiyi peşəkar kadrlar digər banklarda yüksək vəzifələrdə çalışırlar, ölkəmizin maliyyə sisteminin gücləndirilməsində iştirak edirlər. Bunu da qeyd edim ki, bu qərar iki tərəfin anlayışla qəbul etdiyi və düzgün koordinasiya etdiyi qərardır. Bu qərarın ətrafında çoxlu şaiyələr yaranır. Hamı bilir ki, Günay xanım mənim komandamın üzvüdür, biz bərabər böyük bir yolu keçmişik. Ona görə, şaiyələr yaranır ki, "AccessBank"ın daxilində nələrsə baş verir. Tam əminliklə deyə bilərəm ki, Günay xanımın iş yerini dəyişməsi "AccessBank"ın gələcəyi ilə əlaqədar məsələ deyil. Günay xanımın ardınca mənim də işdən çıxacağım danışılır. Bu da şaiyədir. Mən Günay xanıma gələcək karyerasında uğurlar arzulayıram".
Qeyd edək ki, Günay Cəlilova Yanvar ayından "Yello Bank"da fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, Dekabrın əvvəlində bəzi saytlarda "Yelo Bank"ın rəhbərliyində dəyişikliklər olduğu barədə xəbər yayılmışdı.
Bankın mətbuat xidmətindən Nurlana Musayeva "Marja"ya bildirmişdi ki, dəyişikliklər rəsmi təsdiqlənməyib:
"Bəzi saytlarda "Yelo Bank"ın rəhbərliyində dəyişikliklər baş veridiyi barədə məlumat yayımlanıb. Bu məlumat rəsmi təsdiqlənməyib. Belə bir dəyişikliklərin gələn ilin əvvəli baş verilməsi nəzərdə tutulur. Rəsmi təsdiq olan kimi, mətbuat məlumatlandırılacaq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 16 saat əvvəl
-
18 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 19 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























