Kapital Bank-dan sahibkarlar və hüquqi şəxslər üçün yeni xidmətlər
(®) Kapital Bank sahibkarların daha rahat maliyyələşməsi, xidmət alması və banka gəlmədən bir sıra xidmətləri onlayn rejimdə, məsafədən ala bilməsi üçün bir sıra yeniliklər təqdim edir.
Bankdan "Marja"ya daxil olmuş məlumatda bildirilir: "Məlum olduğu kimi, hüquqi şəxslər bankda öz hesablarını açarkən imza nümunələrini notarial kontorlarında təsdiqlətdirdikdən sonra banka təqdim edirlər. Bu isə müştərilərin sənəd toplama mərhələsində əlavə vaxt itkiləri, xərclər və maneələrlə qarşılaşmalarına səbəb olurdu. Ölkədə ilk dəfə olaraq, Kapital Bank öz filiallarında hüquqi şəxslərin imza nümunələrinin Notariat kontorlarına getmədən yerindəcə təsdiqlənməsini həyata keçirir. Bu xidmət vasitəsilə hüquqi şəxslər əlavə vaxt itkisini və əlavə xərcləri aradan qaldıracaq, həmçinin bank xidmətlərindən daha rahat və operativ şəkildə istifadə edə biləcəklər.
Kiçik və orta sahibkarların banka gəlmədən, məsafədən bank xidmətlərindən istifadə etməsi, bank hesabları üzrə məlumatların əməliyyatlar baş verən anda əldə etməsinə imkan verən həll üsulu kimi Kapital Bank-ın təqdim etdiyi yeniliklərdən biri sahibkarlar üçün yeni SMS-İnfo xidmətidir. Artıq kiçik və orta sahibkarlıqla məşğul olan müştərilər SMS-İnfo xidmətinin təqdim etdiyi üstünlüklərdən yararlanmaqla balans, hesab, POS terminalla yerinə yetirilən əməliyyatların hesaba mədaxil olması zamanı və digər daxilolmalar üzrə məlumatı SMS şəklində dərhal ala biləcəklər. Məlumat üçün qeyd edək ki, xidmət sahibkarlara tam olaraq pulsuz təklif olunur.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 16 saat əvvəl
-
18 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 19 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























