“Qala Həyat”a maya qoyuldu
“Qala Həyat”ın nizamnamə kapitalı 13 milyon manatı keçdi
Azərbaycanın həyat sığortası bazarının ən dayanıqlı və aparıcı şirkətlərindən olan “Qala Həyat Sığorta Şirkəti” nizamnamə kapitalının həcmini 13 milyon 41 min 600 manata çatdırıb.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən "Marja"ya verilən məlumata görə, nizamnamə fondunun artırılması şirkətin uzunmüddətli strateji inkişaf planına müvafiq olaraq kapital artırımı istiqamətində atdığı prioritet addımlardan biri kimi sayılır. Şirkət bazarda öz mövqeyini və dayanıqlığını daha da gücləndirməsi üçün növbəti illərdə də bu siyasətini davam etdirmək niyyətindədir.
Qeyd edək ki, Səhmdarların Ümumi Yığıncağının yekun qərarına əsasən, nizamnamə kapitalının artırılması əlavə səhmlərin buraxılması yolu ilə həyata keçirilib. “Təsisçilər tərəfindən ümumi dəyəri 171 600 manat, o cümlədən hər birinin dəyəri 2 860 manat olan 60 (altmış) ədəd sənədsiz, adi adlı səhmin buraxılması nizamnamə kapitalının planlaşdırılan səviyyəyədək artırılması qərarı verilib. Səhmlərin yerləşdirilməsi qapalı təklif üsulu ilə birjadankənar həyata keçirilib. Səhmlərin yerləşdirilməsi prosesi tam başa çatıb və bununla da “Qala Həyat Sığorta Şirkətinin” ümumi nizamnamə fondunun həcmi 13 041 600 manata çatdırılıb.
Azərbaycanda ilk müddətsiz lisenziyaya sahib olan “Qala Həyat Sığorta Şirkəti” 2010-cu ildən fəaliyyətə başlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)








.jpg)







