Azərbaycanın kredit təşkilatının kapitalı 2 dəfə artırılacaq, yeni istiqrazlar buraxılacaq
Qarşıya qoyulmuş strateji hədəfə əsasən 2019-cu ilin sonunadək “Finex Kredit” ASC bank olmayan kredit təşkilatının (BOKT) nizamnamə kapitalının 2 dəfə artırılması planlaşdırılır.
Bunu “Marja”nın sorğusuna cavab olaraq “Finex Kredit”in İdarə Heyətinin sədri Rəşad Qasımov bildirib.
Təşkilatın sədri qeyd edib ki, səhmdarlar son vaxtlar biznesin yüksək templə inkişafından razıdırlar. Bu səbəbdən nizamanmə kapitalının 2 dəfə artırılaraq 1 milyon manatdan 2 milyon manata qaldırılmasına qərar veriblər.
Kapitalın artırılması “Finex Kredit”ə yeni istiqraz emissiyası üçün də imkan yaradır. Azərbaycan qanunvericiliyinə görə kredit təşkilatı nizamnamə kapitalının maksumum ikiqatı məbləğində istiqraz emissiya edə bilər.
2 MİLYON MANATLIQ İSTİQRAZ BURAXILACAQ
““Finex Kredit” 2018-ci ili çox müsbət nəticələr ilə başa vurub. 2019-cu ildə də müştərilərimizin sayı, kredit portfelimiz artır. Bu gün Şəmkirdə filialın açılması ilə "Finex Kredit"in respublika üzrə satış nöqtələrinin sayı 10-a çatıb. Kreditlərimizə tələbin artdığını müşahidə edirik, əlavə vəsaitlərə ehtiyacımız yaranıb. Nizamnamə kapitalının artırılması prosesi yekunlaşdıqdan dərhal sonra istiqraz buraxılışı ilə bazardan 2 milyon manat da cəlb etməyi nəzərdə tuturuq”, - Rəşad Qasımov bildirdi.
Rəşad Qasımov əlavə etdi ki, cəlb ediləcək vəsaitlər regionlarda əsasən kənd təsərrüfatı sahəsində fəaliyyət köstərən kiçik və orta sahibkarların maliyyələşdirilməsinə yönəldiləcəkdir.
Qeyd edək ki, “Finex Kredit” ASC-nin nizamnamə kapitalı 5 fiziki şəxsə (Şərifov Mobil Famil oğlu, Tağıyeva Şəlalə İslam qızı, İbrahimova Sevda Kamil qızı, Allahverdiyeva Ramine Tokay qızı və Namazov Tahir Çingiz oğlu) məxsusdur.
“Finex Kredit” BOKT ASC 2013-cü ildə təsisçilər tərəfindən ənənəvi bankçılıq sistemi vasitəsi ilə kredit əldə etmək imkanı olmayan fərdi sahibkarlara davamlı kredit xidməti göstərmək məqsədi ilə təsis edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
31 d. əvvəl
Çin iqtisadiyyatı artım hədəfinə çatıb - 20 trilyon dollarlıq istehsal
-
1 saat əvvəl
"Trendyol" və "PAŞA Holding”in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib
-
1 saat əvvəl
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı
-
2 saat əvvəl
"Bank Respublika"nın biznes kreditləri portfelinin həcmi 1,1 milyard manatı aşıb
-
2 saat əvvəl
“AccessBank”ın biznes kreditləri portfeli 1 milyard manatı keçib
-
2 saat əvvəl
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı
Ən çox oxunanlar
“AccessBank”ın biznes kreditləri portfeli 1 milyard manatı keçib
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
Yanvarın 24-də gözlənilən hava şəraiti
Azərbaycanın xaricə fındıq satışından gəliri artıb - 171 MİLYON DOLLARA YAXIN QAZANC
Dünyanın ən çox qazanan futbol komandaları açıqlanıb
S&P: Azərbaycan bankları 2026-cı ildə dayanıqlılığını qoruyacaq
Vaxtında uçota durmayan “Classnet” internet provayderi cərimələndi























