Avtomobil sığortasında artım davam edir
Azərbaycanda avtomobil satışlarının artması ilə avtonəqliyyat vasitələrinin sığortası (könüllü avtomobil sığortası, KASKO) üzrə toplanan sığorta haqları da artır.
“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-iyun dövründə (1-ci yarımildə) sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin sığortası üzrə 16 milyon 411 min manat sığorta haqları hesablanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon 858 min manat və ya 30,7% çoxdur. 2018-ci ilin yanvar-iyun dövründə avtonəqliyyat vasitələrinin sığortası üzrə 12 milyon 553 min manat sığorta haqları hesabalanmışdı.
2018-ci ilin 1-ci yarısı ilə müqayisədə 2019-cu ilin 1-ci yarısında könüllü avtomobil sığortası üzrə ödənişlər 1 milyon 386 min manat və ya 32,7% çox olub. 2018-ci ilin 1-ci yarısında 4 milyon 228 min manat təşkil etmiş ödənişlər bu ilin eyni dövründə 5 milyon 614 min manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
47 d. əvvəl
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
-
53 d. əvvəl
Rusiya, İran və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı artıb
-
56 d. əvvəl
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
-
1 saat əvvəl
AYİB ilə su və şəhər infrastrukturu üzrə əməkdaşlıq məsələləri müzakirə edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
“MOJO AZ BOKT" bazara daxil olmaqdan imtina edib
Azərbaycana turist axını 5 faizdən çox artıb
Ən çox oxunanlar
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
SOCAR və Samsung E&A anlaşdı
JD.com-un qurucusu yeni yaxta brendi yaradıb
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır
























