Karbamid Zavodu gübrənin "Aqrolizinq"ə ilk satışını həyata keçirib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid zavodunda istehsal olunan karbamid məhsulunun Azərbaycanın əsas gübrə tədarükçülərindən olan "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə ilk satışı həyata keçirilib.
Bununla əlaqədar təşkil edilmiş mərasimdə Karbamid Zavodunun direktoru Xəyal Cəfərov və “Aqrolizinq” ASC-nin sədri Elmin Rəhmanov iştirak ediblər.
Bildirilib ki, əsas vəzifələrindən biri yerli sahibkar və fermerləri güzəştli şərtlər əsasında gübrə məhsulu ilə təmin etmək olan “Aqrolizinq” ASC indiyədək karbamid tədarükünü idxal yolu ilə həyata keçirib. SOCAR-ın Karbamid zavodunun fəaliyyətə başlaması ilə bu sahədə idxaldan asılılıq aradan qaldırıldığından, artıq karbamid gübrəsinin “Aqrolizinq” ASC tərəfindən həmin zavoddan satın alınması və güzəştli şərtlərlə yerli sahibkar və fermerlərə tədarük edilməsi planlaşdırılır.
May ayından daxili və xarici bazarlarda gübrə satışına başlayan Karbamid zavodunda hazırkı dövrədək təxminən 60 min ton karbamid istehsal edilib və bu məhsulun təxminən 45 min tonu tender yolu ilə əsasən Türkiyə və Ukrayna bazarlarına, habelə yerli bazarda “Azfert” MMC-yə satılıb.Hazırda zavodda istehsal edilən karbamidin tədarükü avtomobil və dəniz yolları vasitəsilə həyata keçirilir, yaxın gələcəkdə, zəruri infrastrukturun yaradılmasından sonra məhsulun əsasən dəmir yolu vasitəsilə tədarük edilməsi nəzərdə tutulur.
Karbamid Zavodunun direktoru Xəyal Cəfərov bildirib ki, bu, “Aqrolizinq” ASC ilə ilk əməkdaşlıqdır: “Bu əməkdaşlıq nəticəsində ölkə fermerlərinin ən keyfiyyətli gübrə məhsullarından olan karbamiddən münasib qiymətlərlə istifadəsinə imkan yaranır. Bu isə öz növbəsində məhsuldarlığın yüksəlməsinə, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsinə, kənd təsərrüfatı məhsullarının maya dəyərinin aşağı düşməsinə gətirib çıxaracaq”.
“Aqrolizinq” ASC-nin sədri Elmin Rəhmanov SOCAR-ın Karbamid Zavodu ilə əməkdaşlığı yüksək dəyərləndirərək bildirib: “İnanıram ki, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən həyata keçirilmiş karbamid zavodu layihəsinin uğurla başa çatdırılması və zavodun istehsala başlaması ölkənin kənd təsərrüfatınının inkişafında xüsusi rol oynayacaq, yerli istehsal olan karbamid gübrəsi kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsinə töhfə verəcək”.
Xatırladaq ki, Sumqayıt şəhərində yerləşən və illik 650-660 min ton karbamid istehsalı gücünə malik olan SOCAR-ın Karbamid zavodu istismara bu il yanvarın 16-da verilib. Zavodun istehsal həcminin təqribən 70%-i ixrac üçün nəzərdə tutulub ki, bu da ölkəyə illik 160 milyon dollara qədər həcmdə əlavə gəlirin daxil olmasına imkan verəcək.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
35 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
4 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq




























