Manatın dövretmə sürəti tədricən azalacaq
Bu ilin yanvar ayında Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 5,84 bənd təşkil edib.
Mərkəzi Bankın (AMB) hesabatına görə, manatın dövretmə sürəti 2016-cı ilin dekabr ayı ilə müqayisədə 0,64 bənd artım göstərib, ötən ilin analoji dövrü ilə müqayisədə isə 0,18 bənd azalıb.
AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 16 il ərzində ən minimal həddi 2015-ci ilin yanvarında, yəni ilk devalvasiya ərəfəsində qeydə alınıb və 2,68-ə bərabər olub. Qeyd edək ki, manatın dövretmə sürəti inflyasiya ilə ÜDM-in hasilinin dövriyyədə olan manat kütləsinə nisbətinə bərabərdir. Bu göstəricinin maksimal həddi isə 2005-ci ildə (15,72%) qeydə alınıb.
"Cari vəziyyətdə manatın dövretmə sürətinin artması faktının təhlili onu göstərir ki, Azərbaycanda inflyasiya artımı və dövriyyədə olan manat kütləsinin azalması baş verib. Belə ki, yanvar ayında aylıq inflyasiya 2,3%, ÜDM-in artımı isə 0,8% olub. Dövriyyədə olan nağd pul kütləsi isə 6% azalma göstərib. Qeyd edək ki, manatın dövretmə sürətinin yaxın aylarda azalmağa başlayacağı gözlənilir. Belə ki, dövriyyədə olan nağd pul kütləsinin azalması ÜDM və inflyasiyanın artım sürətini aşağı salacaq", - deyə analitiklər hesab edirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 50 d. sonra
-
- 16 d. əvvəl
- 29 d. əvvəl
-
1 saat əvvəl
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
-
1 saat əvvəl
Azərbaycanda "kağızsız hökumət"ə keçid 2028-ci ilin iyul ayında başa çatacaq
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Mərkəzi Bank Rəqəmsal Valyuta Platforması tətbiq edəcək
Azərbaycanda "Fondlar Fondu"nun yaradılması planlaşdırılır
Rəqəmsal İnkişaf Şurası yaradıldı, tərkibi təsdiq edildi
Kredit Reytinqi Agentliyi Mərkəzi Bankın nəzarət subyekti olacaq
Fevralın 28-də gözlənilən hava şəraiti - Yollar buz bağlayacaq
"Netflix" şirkəti "Warner Bros. Discovery" üçün verdiyi təklifi artırmayacağını açıqlayıb
"Epoint" şirkəti "FinTech Lab”ın açılışında



















