Bu həftə bazarların gündəmi çox məşğul olacaq
Keçən həftəki nisbi sakitlikdən sonra, bu həftə qlobal bazarlarada əlamətdar hadisələr izlənəcək.
"Marja" xəbər verir ki, bu həftə ABŞ Mərkəzi Bankı Fed-in sədri Janet Yellenin, regional Fed sədrlərinin edəcəyi açıqlamalar və Donald Trumpın Konqresdə edəcəyi təqdimat önə çıxır.
Keçən həftə Fedin iclas protokollarında faiz artırımına dair "olduqca yaxın" ifadəsi işlədilmişdi. Bu həftə rəsmilərin edəcəyi çıxışların faizin artırılacağı zamana dair işarə verə biləcəyi gözlənilir.
FOMC-da səsvermə hüququ olan Robert Kaplan-ın Bazar ertəsi günü, Sədr müavini Stenli Fişerin (Stanley Fischer) Cümə günü çıxışı gözlənilir. Yenə Cümə günü sədr Janet Yellen axşam saatlarında Çikaqoda danışacaq. Bundan başqa Fed Bej Kitab Hesabatı və ABŞ-da 4-ci rüb Ümumi Daxili Məhsul göstəricisi də yayımlanacaqdır.
ABŞ Prezidenti Donald Trump isə Çərşənbə günü Konqresdə danışacaq. İnvestorlar bu nitqdə yeni liderin siyasətinə dair daha çox detal axtaracaqlar. ABŞ-ın maliyyə naziri Steven Mnuchin, keçən həftə çıxışında tamamlanmış vergi islahatı paketini, Konqresə avqust ayında təqdim etməyi istədiklərini bildirmişdi.
Fed Sədri Yellen və çoxlu sayda Fed rəsmisinin bu həftə intensiv çıxış proqramı var.
Proqram belədir:
Dallas Fed sədri Robert Kaplan 27 Fevralda yerli saat ilə 11:00-da danışacaq.
Filadelfia Fed sədri Patrik Harker 28 Fevralda yerli saat ilə 15:00-də danışacaq.
San-Fransisko Fed sədri John Williams 28 Fevralda yerli saat ilə 15:30-da danışacaq.
Sankt- Luis Fed sədri Ceyms Bullard 28 Fevralda yerli saat ilə 18:50-də danışacaq.
Dallas Fed Sədri Robert Kaplan 1 Martda yerli saat ilə 13:00-da danışacaq.
Fed Bej Kitab 1 Martda yerli saat ilə 14:00-da açıqlanacaq.
Fed rəsmisi Lael Brainard 1 Martda yerli saat ilə 18:00-da danışacaq.
Klivlend Fed sədri Loretta Mester 2 Martda yerli saat ilə 19:00-da danışacaq.
Çikaqo Fed sədri Çarlz Evans və Riçmond Fed Sədri Cefri Laker 3 Martda yerli saat ilə 10:00-da danışacaq.
Fed rəsmisi Jerome Pauell 3 Martda yerli saat ilə 12:15-dədanışacaq.
Fed-in sədr Müavini Stenli Fişer 3 Martda yerli saat ilə 12:00-da çıxış edəcək.
Fed Sədri Janet Yellen 3 Martda yerli saat ilə 13:00-da çıxış edəcək.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 59 d. əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
20 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb






.jpg)
.jpg)




.jpg)









.jpg)


