Dollar/manat-ın tezliklə bu səviyyədə sabitləşəcəyi gözlənilir
ÖDƏNİŞSİZ FOREX SEMİNARINA QATILIN!
“Azərbaycanın valyuta bazarında ABŞ dollarının nağd və rəsmi məzənnələrinin tezliklə 1,75 AZN/USD səviyyəsində sabitləşəcəyi gözlənilir. Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi məzənnəsi 1,75 AZN/USD-yə yaxın sabitləşsə də, nağd valyuta bazarında vəsait axınından asılı olaraq məzənnənin 1,70-1,80 AZN/USD diapazonunda dəyişəcəyi gözlənilir”.
"Belə bir valyuta siyasəti bizneslə məşğul olanlara işlərini planlaşdırmağa imkan yaradacaq və müəyyən zamandan sonra biznes aktivliyi sürətlənməyə başlayacaq. Bununla yanaşı, bir müddət sonra əhalinin manata keçidi prosesi də sürətlənəcək. Belə ki, dollar depozitləri ilə manat depozitləri arasında gəlirlilik fərqi hazırda 12 faiz bəndi təşkil edir. Əhali dolların məzənnəsinin sabitləşdiyinə inandıqca, illik gəlirliliyi 15% olan manat depozitlərinə keçid baş verəcək", - deyə analitiklər əlavə ediblər.
Qeyd edək ki, yaxın 1 il ərzində dolların dünya valyuta bazarında kəskin möhkəmlənməsi və neft qiymətlərinin kəskin düşməsi gözlənilmir və bu amillər Azərbaycanda da dolların məzənnəsinin sabitləşməsinə şərait yaradacaq: "Azərbaycanın 2016-cı ilin II və III rübündə tədiyyə balansında profisit yaranıb. Profisitin getdikcə artması gözlənilir ki, bu da manatın sabitliyini təmin etməyə imkan verəcək. Lakin böhrandan çıxmaq barədə danışmaq hələ çox erkəndir. Ona görə də qlobal maliyyə, əmtəə və kapital bazarlarının diqqətlə izlənilməsi vacibdir".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)








