“Qala Sığorta”da “Açıq Qapı Günü”
Bu gün “Qala Sığorta” Şirkətində media nümayəndələri üçün “Açıq Qapı Günü” keçirilib.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən "Marja"ya verilən məlumata görə, media nümayəndələri şirkətdəki iş prosesi və göstərilən yüksək keyfiyyətli sığorta xidmətlərləri ilə tanış olmazdan əvvəl şirkətin İdarə Heyətinin sədr müavini və İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi ilə görüşüblər.
Görüşü giriş sözü ilə açan şirkətin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Elnur Hüseynquluyev “Açıq Qapı Günü”nün “Qala Sığorta”da şirkətində ilk dəfə təşkil olunduğunu və bunun məqsədləri barədə danışıb.
Daha sonra şirkətin İdarə Heyətinin sədr müavini Taleh Yunsurov çıxış edib. O bildirib ki, belə bir tədbirin təşkil edilməsində əsas məqsəd ictimaiyyəti, eləcədə media nümayəndələrini şirkətimizin fəaliyyəti, şirkətdə baş verən yeniliklərlə bağlı məlumatlandırmaqdır: “Biz bu tədbiri təşkil etməklə media işçilərini struktur bölmələrimizin işi ilə daha yaxından tanış edirik, onlara göstərdiyimiz sığorta xidmətləri barədə məlumatlar veririk. Düşünürəm ki, bu cür görüşlər tez-tez təşkil edilməlidir. Çünki bu görüşlər ictimaiyyətin sığorta sahəsinə olan marağının artırılması ilə yanaşı, onların sığorta biliklərinin yüksəlməsinə, maarifləndirilməsinə köməklik göstərmiş olur. Şirkət hazırda KİV-lə münasibətlərini yüksələn xətlə inkişaf etdirir. Bu əməkdaşlıq əlaqələri növbəti illərdə də uğurla davam etdiriləcək”.
Tədbir zamanı “Qala Sığorta” şirkəti ilə yaxından əməkdaşlıq edən bir neçə KİV nümayəndəsinə müxtəlif nominasiyalar üzrə təşəkkürnamə və şirkətin xüsusi hədiyyələri təqdim edilib.
Görüşün sonunda T.Yunsurov KİV nümayəndələrinin suallarını cavablandırıb.
Daha sonra media nümayəndələri “Qala Sığorta” şirkətinin müxtəlif department və şöbələrin, o cümlədən maliyyə departamenti, sığorta hadisələri şöbəsi, insan resursları, anderraytinq, çağrı mərkəzi, satış blokunun və digər struktur bölmələrin iş prosesi ilə yaxından tanış olublar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 5 d. əvvəl
-
-
23 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 26 d. əvvəl
- 31 d. əvvəl
- 36 d. əvvəl
- 44 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Xalq Bank I rübün yekunlarını açıqladı
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək





.jpg)










.jpg)







