"ASAN viza"nın rüsumu açıqlanıb
Heydər Əliyev adına Beynəlxalq Hava limanında ASAN viza vasitəsilə əcnəbilərin ödəyəcəyi rüsumlar açıqlanıb.
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri Ülvi Mehdiyev deyib ki, "ASAN viza"nın qiyməti 20 dollardır: "Amma aeroportda sistem necədirsə, biz də eyni qaydada işləyəcəyik, yəni viza Yaponiya üçün ödənişsizdir, Türkiyə üçün isə 10 dollardır. Digər dövlətlər üçün isə bu məbləğ 20 dollardır".
Ülvi Mehdiyev deyib ki, aeroport 24 saat işlədiyi üçün Dövlət Agentliyi də sistemi ona uyğun qurub: "İşçilər növbətçilik rejimində işləyəcək. Hər hansı texniki problem olarsa dərhal müdaxilə olunacaq".
Ülvi Mehdiyev qeyd edib ki, "Növbəti bir ay ərzində Gəncə, Lənkəran, Qəbələ və digər hava limanları "ASAN viza" sisteminə keçəcək".
O bildirib ki, hazırda Heydər Əliyev hava limanında "ASAN viza"nın 14 terminalı quraşdırılıb, bank pəncərəsi və digər köməkçi pəncərələr fəaliyyət göstərir: "Əcnəbi rüsumu online və banka yaxınlaşıb ödəyə bilər".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 16 saat əvvəl
-
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?

















.jpg)



