"Çin və Yaponiya bazarla oynayır, biz kukla kimi otururuq"
Trump və komandası güclü Dollara dair açıqlamalarını davam etdirir.
“Marja” xəbər verir ki, dünən Trumpın baş ticarət müşaviri Almaniyanın zəif avro ilə ticarət tərəfdaşlarını istismar etdiyini və "Avronun örtüklü bir Alman markı olduğunu" bildirməsindən sonra, Trump Çin və Yaponiyaya qarşı ittihamlar irəli sürüb.
ABŞ Prezidenti Donald Trump, Amerikan dərman istehsalçıları ilə keçirdiyi iclasda digər ölkələrin yerli valyutalarının dəyərlərini aşağı salaraq (devalvasiya edərək) kommersiya üstünlüyü əldə etdiklərini deyib. Trump, “Çin və Yaponiya valyuta bazarı ilə oynayır” - deyib və əlavə edib:
"Biz də orada bir kukla kimi otururuq"
“PULUMUZ ÇOX DƏYƏRLİDİR, BU BİZİ ÖLDÜRÜR”
Xatırladaq ki, bundan əvvəl "Wall Street Journal"a (WSJ) müsahibə verən Donald Trump, ABŞ-ın pul vahidi Dolların, Çinin öz valyutasının dəyərini aşağı saxlaması səbəbilə onsuz da "çox güclü" olduğunu demişdi.
"Bizim şirkətlərimiz onlarla rəqabət apara bilmirlər, çünki pulumuz çox dəyərlidir. Və bu bizi öldürür".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 3 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 20 d. əvvəl
- 22 d. əvvəl
- 30 d. əvvəl
- 36 d. əvvəl
-
54 d. əvvəl
“McDonald’s Azərbaycan” şəhid və qazi övladları üçün Yeni il bayramı təşkil edib - FOTO
-
1 saat əvvəl
Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
-
2 saat əvvəl
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
-
2 saat əvvəl
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
-
2 saat əvvəl
Pambıq yığımı başa çatır, sahələrdən 360 min tondan artıq məhsul yığılıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Azercell “Kinon” tətbiqinin funksionallığını genişləndirir
İlin son ENDİRİMLİ KREDİT TƏKLİFİ!
“McDonald’s Azərbaycan” şəhid və qazi övladları üçün Yeni il bayramı təşkil edib - FOTO
Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
Ən çox oxunanlar
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
Qızıl və gümüş qiymətləri yenidən rekord qırdı
Qızıl və gümüş rekord yenilədi
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Suriyada yeni pul vahidi dövrü başlayır




















