"Elektrik şəbəkələrində itkiləri 10,1%-ə endirmişik"
Prezident İlham Əliyev “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan son konfransda çıxışından irəli gələn vəzifələrlə bağlı “Azərişıq” ASC-də geniş tərkibli iclas keçirilib.
ASC-dən verilən məlumata görə, “Azərişıq” ASC-nin sədri Baba Rzayev bildirib ki, 2003-cü ildən indiyədək respublikanın generasiya gücü fantastik həddə - 3000 MVA qədər artırılıb. B.Rzayev sosial, iqtisadi, sənaye, kənd təsərrüfatı, turizm və digər sahələrin elektrik enerjisi ilə təchiz edilməsi üçün təxirəsalınmaz işlər görüldüyünü vurğulayıb. “Sırf kənd təsərrüfatının inkişafına istiqamətlənən Hacıqabul, Goranboy, Salyan rayonlarında 110 və 35 kV-luq yarımstansiyalar tikilib və yüksək gərginlikli hava xətləri çəkilib. Eyni zamanda Ağcabədi, Biləsuvar, İmişli, Kürdəmir, Qobustan, Şabran, Şəmkir, Tovuz, Yevlax, Ucar, Füzuli və Goranboy rayonlarının ərazilərində yaradılan 14 ədəd yeni Aqroparkların elektrik təchizatlarını həyata keçirmək üçün hazırlıq işləri tam başa çatdırılıb. Bu gün regionlarda 9 minə yaxın meliorasiya, su təsərrüfatına aid nasosxana və subartezan quyuları var ki, onların elektrik enerjisi ilə təchizatı üçün qısa müddətdə lazım gələn bütün tədbirlər görülür, yeni KTM-lər qurlaşdırılır, TM-lər təmir olunur, hava xətləri yenilənir”.
B.Rzayev “Azərişıq” ASC yaradıldıqdan sonra regionların sosial-iqtisadi inkişafı, istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün görülən işlərin statistikasını açıqlayıb: "Bölgələrdə 18 ədəd 110 kV-luq, 64 ədəd 35 kV-luq yarımstansiya tikilərək yenidən qurulub. Regionlardakı yarımstansiyaların əksəriyyətində idarəetmənin təkmilləşdirilməsi və çevikliyin artırılması məqsədi ilə SCADA dispetçer idarəetmə mərkəzi yaradılıb. 3 mindən artıq yeni 10-6 kV-luq TM və KTM quraşdırılıb. 20 min kilometrə yaxın müxtəlif gərginlikli elektrik veriliş xətləri çəkilib. 350 min ədədə yaxın dayaq basdırılıb. 300 min elektron tipli sayğac quraşdırılıb. Abonentlərin enerji uçotuna dair məlumatlarının şəffaflığını təmin etmək məqsədi ilə Rayon Elektrik Şəbəkələrinin inzibati idarələrinə 155 kilometrdən çox optik kabel çəkilərək mərkəzi idarəetmə sistemi qurulub. Respublikanın 512 kənd və qəsəbəsinin elektrik təchizatı tamamilə yenidən qurulub və hazırda 180 kənd və qəsəbədə yenidənqurma işləri aparılmaqdadır. Respublika üzrə elektrik şəbəkələrinin qoyuluş gücü “Azərişıq” ASC-nin yarandığı 2015-ci ilin əvvəlində 9 500 MVA-dan, 2017-ci ilin bu gününə qədər 12000 MVA-ya qədər yüksəldilib".
B.Rzayev əlavə edib ki, silsilə və kompleks tədbirlər hesabına “Azərişıq”ın regional elektrik şəbəkələrində texniki itkilər 15,1 %-dən 10,1%-ə endirilib. Onun sözlərinə görə, faydalı elektrik enerjisinə görə yığım respublika üzrə 91,6%, regionlar üzrə isə 85% təşkil edir: "Təqdirə layiq hal ondan ibarətdir ki, 2017-ci ildə artıq “Azərişıq” ASC alınan faydalı elektrik enerjisinin dəyəri 100 faiz ödənilib".
B.Rzayev “Azərişıq” ASC-nin “ASAN xidmət” və “ASAN” kommunal mərkəzləri ilə birgə fəaliyyətdən də danışıb. Bildirib ki, hazırda abunəçilər “ASAN xidmət” və “ASAN” kommunal mərkəzlərində 10-dan artıq xidmətlərdən yararlana bilirlər.
“Cənab prezidentin regionların sosial-iqtisadi inkişafı ilə bağlı qarşıya qoyduğu məqsədlərdən biri sahibkarlıq fəaliyyətinə təkan verməkdir ki, bununla bağlı “ASAN” xidmətlə əməkdaşlıq nəticəsində kifayət qədər ciddi nailiyyətlər əldə olunub. Digər tərəfdən “ASAN” xidmətlə həyata keçirilən işlər, elektrik şəbəkəsinə qoşulma prosedurunun sadələşdirilməsi və müddətin qısaldılması “Doing bisness”in qiymətləndirmə tələblərindən irəli gələn məsələlərdir. “Azərişıq” ASC bu məsələni prioritet saxlamaqla daim yeniliklər edir. Artıq regionlardakı “ASAN” xidmət mərkəzlərində əhali və qeyri-əhali abonentlərin elektrik şəbəkəsinə qoşulması üçün daha da sadələşdirilib və tez müddətdə prosedurlar həyata keçirilir”.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 9 saat sonra
-
-
13 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
14 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 14 saat əvvəl
-
15 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
15 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
Ən çox oxunanlar
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb






















